3345
19 Nov 2021 | 08:06

"Bu bitki bəşəriyyəti "COVİD-19" bəlasından xilas edəcək..."- Yəhudi alimlər

Təl-Əviv Universitetinin tədqiqatçıları yaşıl dəniz yosunu ekstraktının insan hüceyrələrinin koronavirusa yoluxmasının qarşısını ala biləcəyini müəyyən ediblər.
 
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
 
"Bu, xüsusən də peyvənd əldə etmək imkanı olmayan, çoxlu itkilər verən inkişaf etməkdə olan ölkələrdə ciddi bir problemi həll etməyə kömək edə biləcək istehsal üçün ucuz təbii materialdır" - deyə universitetin ekoloji tədqiqatlar şöbəsinin tədqiqatçıları bildiriblər. Yəhudi alimlər qeyd edib ki, "tədqiqat ilkin mərhələdədir, lakin ümid edirik ki, kəşf gələcəkdə koronavirus infeksiyası üçün əlverişli və effektiv müalicənin inkişafına xidmət edəcək."

Artıq bu sahədə bir sıra firmalar  tədqiqatçıların "Peer J" elmi jurnalında dərc olunmuş  nəticələrinə maraq göstəriblər.

 Tədqiqatda Təl-Əviv Qolberq Universitetinin laboratoriyasının əməkdaşları: Şay Şefer, Artur Robin və Aleksandr Çemodanov, Təl-Əviv Universitetinin kimya  məktəbinin materialşünaslıq  və nanotexnologiyalar kafedrasının professoru Maykl Qozin, eləcə də Qüds Yəhudi Universiteti və Kfar-Sabedəki "Meir" Tibb Mərkəzinin əməkdaşları  iştirak ediblər.

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər