Mikroavtobusla yük avtomobili toqquşdu - Çox sayda yaralı var
Dünya
57
00:01, Bu gün

Mikroavtobusla yük avtomobili toqquşdu - Çox sayda yaralı var

Türkiyənin Aksaray şəhərində mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 3-ü ağır olmaqla 12 nəfər yaralanıb.

Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Aksaray-Konya avtomobil yolunun 35-ci kilometrliyində baş verib.

Qeyd olunub ki, hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları cəlb edilib:

"İlkin tibbi yardım göstərilən 12 yaralıdan 3-nün vəziyyətinin ağır olduğu bildirilir", - məlumatda vurğulanıb.

Link kopyalandı!
Son xəbərlər