16 noyabrdan sonra Ordumuzun mövqeləri – FOTO
Qarabağ
1387
18 Nov 2021 | 23:30

16 noyabrdan sonra Ordumuzun mövqeləri – FOTO

Erməni mediası ordumuzun Gorus-Qafan yolu yaxınlığında mövqelərinin fotosunu yayıb.
 
Axar.az xəbər verir ki, erməni mediasının iddiasına görə, döyüş Qaragöl yaxınlığında, Qızılcıq kəndi və Qızıltəpə dağı istiqamətində gedib. Həmin ərazilərdən irəliləməyə çalışan erməni təxribatçı bölmələrinin fəaliyyətinə qarşı sərt tədbirlər görən Ordumuz bütün ərazini nəzarətdə saxlamağa imkan verən dağdakı mövqedə möhkəmlənib.
 
Ordumuzun möhkəmləndiyi dağın fotsunu təqdim edirik.
 
 
Qeyd edək ki, Qaragöl ərazisinə hələ sovet vaxtından ermənilər göz dikmişdi və əvvəlcə suyundan istifadəyə icazə alıb, daha sonra göldə balıq saxlamağa şərait yaradılmasını istəyib, ən sonda isə bütün gölü mənimsəməyə çalışmışdılar. Hələ o zaman azərbaycanlıların qəti etirazından sonra ərazi qoruq elan edilmişdi. Hətta Ermənistan Baş nazirinin özü “Qaragölün ən azı 30 faizinin Azərbaycana məxsus olduğunu” təsdiqlədiyini nəzərə alsaq, erməni mediasının bu məlumatı düşmənin təxribat törətdiyini, mövqe və üstünlük ələ keçirməyə çalışdığını və Ordumuzdan ağır zərbə aldığını təsdiqləyir.
Link kopyalandı!
Son xəbərlər