Emin Heydər Əliyev Sarayında ənənəvi qış konserti ilə ÇIXIŞ EDƏCƏK - FOTO
968
10 Oct 2023 | 16:46

Emin Heydər Əliyev Sarayında ənənəvi qış konserti ilə ÇIXIŞ EDƏCƏK - FOTO

Xalq artisti Emin Ağalarov ənənəvi qış konserti ilə ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında çıxış edəcək. 

Bizim.Media xəbər verir ki, sənətçi dekabrın 8-də yeni proqramla canlı solo konsert proqramı ilə pərəstişkarların qarşısına çıxacaq. 

Musiqili gecədə Ağalarov yeni mahnılar, sevimli hitlər və əlbəttə ki, ənənəyə çevrilən Müslüm Maqomayevin “Mavi Əbədiyyət” şedevr kompozisiyasını səsləndirəcək.  

Yeni proqramda ingilisdilli albomdan nəğmələr, eləcə də yeni aranjimanlarda rusdilli hitlər daxildir: “MMM”, “Angel Bes”, “Let Go and Fly”, “Forget You” və s.  

Biletlər ölkəmizin kassalarından və “iticket.az” saytından online əldə etmək mümkündür. 


Rəşad Əliyev, Bizim.Media
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər