İranın bu məsul şəxsi Trampı öldürənə 50 milyon avro mükafat vəd etdi...
Ekskluziv
35
08:08, Bu gün

İranın bu məsul şəxsi Trampı öldürənə 50 milyon avro mükafat vəd etdi...

İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi "Hərbi və Təhlükəsizlik Qüvvələrinin Cavab Tədbiri" adlı plana istinad edərək deyib: "Biz hökumətin bu dini missiyanı (Trampı öldürməyi) yerinə yetirən hər hansı bir fiziki və ya hüquqi şəxsə mükafat olaraq 50 milyon avro ödəyəcəyini proqnozlaşdırmışıq.
Üçüncü müharibənin başlanğıcından bəri bir neçə plan hazırlamışıq, o cümlədən hərbi və təhlükəsizlik qüvvələrinin cavab tədbirləri planı".
 
Moderator.az xəbər verir ki, bu haqda "Azad İran" telegram-kanalı məlumat yayıb.
 
Deputat Donald Trampı "çirkli" adlandıraraq əlavə edib: "Biz inanırıq ki, Amerika Birləşmiş Ştatlarının çirkli prezidenti, İsrailin çirkli və utancverici Baş naziri və "CENTCOM" komandanı ilə mübarizə aparılmalı və onlardan qisas alınmalıdır".
 
 Xatırladaq ki, 2020-ci il yanvarın 3-də Trampın əmri ilə öldürüllmüş general Qasım Süleymani ilə vida mərasiminin canlı yayımı zamanı aparıcı qeyd edib ki, 80 milyonluq İranın hər bir sakinindən bir dollar yığıb amerikalı lideri öldürəcək şəxsə vermək olar.
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər