“Xəbər aparıcılığı təkcə yaxşı diksiya və peşəkar jurnalist keçmişi olmaqla tamamlanmır”
Mədəniyyət
Oxunub: 4249
18 Nov 2021 | 11:33
“Xəbər aparıcılığı təkcə yaxşı diksiya və peşəkar jurnalist keçmişi olmaqla tamamlanmır”

 

Hələ yolun başındadır, sənətinə olan sevgisi, səyi və çalışqanlığı ilə elə gənc yaşından tamaşaçıların diqqətini çəkməyi bacarıb. Bir neçə ildir ki, müxbir kimi problemləri qabardan və ölkədə baş verən sosial, siyasi hadisələrin mərkəzində olan Rüstəm İbadov hazırda isə "Xəzər Xəbər"in aparıcısı qismində çıxış edir. Onun müəllifi olduğu “Kod adı Yaşma” sənədli filmi 8 gün müddətində “Youtube”-da izlənmə rekordu qırmaqda davam edir. 


Rüstəm İbadov Moderator.az-a 4 nəfərlik çəkiliş heyəti ilə 5 gün ərzində çəkilən sənədli filmin hekayəsindən, eyni zamanda özünün keçdiyi yaradıcılıq yolundan bəhs etdi: 

 

- Efir kamera arxasından parlaq, işıqlı, asan görünsə də yəqin ki, onun görünməyən tərəfləri də var. Hansı ki, bu parlaqlıq bir çox gənclərin gözünü qamaşdırır və jurnalistika sahəsini məhz  simaları görünsün deyə seçirlər. İstərdik bir də kamera arxası çətinlikləri sizdən eşidək?


- Bir çoxları elə düşünür ki, aparıcı olmaq təkcə gözəl geyimləri geyinmək, saçını baxımlı hala gətirmək və efirə çıxıb, sözləri oxumaqdan ibarətdir. Ancaq əgər söhbət peşəkar jurnalistikadan gedirsə, əlbəttə, bu işin kənardan görünən tərəfidir. Çünki böyük media inkişafı keçən ölkələrin heç birində uzun illər aktiv jurnalistika təcrübəsi olmayan biri canlı efirlərə aparıcı qismində buraxılmır. Səbəb çox sadədir. Həmin şəxs öncə öz işi ilə auditoriyada inam qazanmalıdır və onun reportajlarına baxan insanlar artıq anlamalıdır ki, hə, bu insan düzü düz, əyrini əyri göstərə bilir. Eləcə də canlı efirdə elə məqamlar ola bilər ki, artıq burda aparıcının önündə nə yazı, nə da başqa bir məlumat olar. Həmin məqamlarda canlı efirin gedişi  aparıcının sırf dünyagörüşünə, onun jurnalistika peşəkarlığına bağlı olur. Özümü çox şanslı hesab edirəm ki, 5 il peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olandan sonra aparıcı kimi çalışmağa başlamışam. Düşünürəm ki, aparıcı kimi fəaliyyətimi asanlaşdıran və onu püxtələşdirməyə əsas imkan verən məqam jurnalist kimi olayların içərisində olmağım olub. Ancaq müxbir kimi indi də çəkilişlərə gedir və düşünürəm ki, jurnalist nə vaxt ki, aktiv jurnalistikadan uzaqlaşır onda onun qələmi də, düşüncəsi də inkişafdan dayanır. Ona görə fikirləşirəm ki, peşəkar jurnalistika fəaliyyəti olmadan aparıcılıq edəndə xəbərin ruhunu, orda nələrin yaşandığını tamaşaçıya çatdırmaq bir qədər çətin olur.

 

 

- Hər bir media nümayəndələsinin sənətə gəlişi ilə bağl bir hekayəsi var. Bəs sizdə necə, bu sənəti seçməyə sizi nə vadar etdi? 


- Mənimçün jurnalistika fakültəsinə daxil olmaqla bu sənəti sevib ardınca getmək tamamilə başqa-başqa hadisələrlə bağlıdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmağım təsadüfi olmuşdu. İlk olaraq bu sahəyə o qədər də maraq göstərmirdim. 
 Biz tələbə olanda ABŞ-nın Kolorado universitetindən Daq Kasper adlı professor gəldi bizim fakültəyə və dedilər ki, kim istəsə, ona 3 aylıq xəbərçilik sənəti ilə bağlı təlimi keçiləcək. Mütəxəssis amerikalı olduğu üçün diqqətimi çəkdi və bu təlimdə iştirak etməyə qərar verdim. Məhz həmin o şəxsin peşəkar yanaşması və jurnalistikanın dərinliklərini bizlərə öyrətməsi bu peşəni mənə sevdirdi. İlk dəfə Daq Kasper keçdiyi təlimdə jurnalistika ilə bağlı heç eşitmədiyim, bilmədiyim şeyləri danışırdı və bizə öyrədirdi. Mən o təlimlərdə inandım ki, bəli, yaxşı jurnalist ola bilsəm, naqisliklərin, qanunsuzluqların, özbaşınalıqların doğru işıqlandırılması ilə Azərbaycan insanının daha yaxşı, inkişaf etmiş bir cəmiyyətdə yaşamasına dəstək ola bilərəm. Bu sənətə gəlməyimin özəyi, sevgi mənbəyi məhz bu olub. Əlbəttə, bu, həyatımdakı sonuncu təlim deyildi, ancaq ən əsas - mənə jurnalistikanı sevdirən bir təlim oldu. Bundan sonra peşəkar jurnalistika fəaliyyətimlə bağlı olaraq Bakıda, Almaniyada, Gürcüstanda, Latviya, Litva kimi ölkələrdə jurnalistika ilə bağlı çoxsaylı təlimlərə qatıldım və bu təlimlərdə qazandığım təcrübə mənə öz fəaliyyətimi təkmilləşdirməkdə çox böyük dəstək oldu.

 

- Sizcə, xəbər aparıcısı olmaq üçün maariflənmək, söz bazasının genişliyi nə qədər önəmlidir?


- Təkcə xəbər aparıcısı yox, eləcə də jurnalistika fəaliyyəti ilə məşğul olan hər kəs düşünürəm ki, ölkədə, regionda və dünyada baş verən prosesləri izləməlidir. Çünki bir gün proseslərdən uzaq qalanda artıq növbəti mərhələdə nələrin baş verdiyini proqnozlaşdırmaq və təhlil etmək çətinləşir. Gün ərzində mediadan ən azı 100-200 arasında məlumat oxuyuram. Artıq bu alışqanlıq halını alıb. Bundan əlavə, xarici ölkələrin jurnalist araşdırmalarını izləyirəm. Adətən, mənə "Əl-Cəzirə" və BBC kanallarının hazırladığı jurnalist araşdırmaları daha çox maraqlı gəlir. Öz fəaliyyətimdə onların üstün təcrübəsindən dəfələrlə istifadə etmişəm və düşünürəm ki, nəticəsi də yaxşı alınıb. Bədii ədəbiyyat oxumağa çox vaxt ayıra bilmirəm, ancaq fərdi inkişafla bağlı yazıları mütəmadi olaraq oxuyuram. Tələbə olanda daha çox siyasi-analitik və psixologiya ilə bağlı olan kitabları oxuyurdum. Həmin kitablardan yazdığım qeydləri hələ də gündəliyimdə saxlayıram. Günlük məlumat axını özü də söz bazasını, az da olsa, artırmağa və yeni yaranan sözlərin, ifadələrin artıq danışığımızda öz əksini tapmasını asanlaşdırır. Fikrimcə, gündəmi yaxından izləməyən və nələrin baş verdiyini təhlil edə bilməyən jurnalist, eləcə də aparıcı canlı efirdə, eləcə də fəaliyyət göstərdiyi məkanlarda çətin vəziyyətlərə düşə bilər. Məsələn, çox yaxşı xatırlayıram pandemiyanın başlamasından hardasa 1 ildən çox vaxt keçmişdi və Nazirlər Kabineti yanında operativ qərargahın iclasında bir nəfər xanım jurnalist sual vermişdi ki, koronavirus yoluxucudur?  Düşünürəm ki, bu halla gündəmdən uzaqda qalan hər kəs rastlaşa bilər.

 

 

- Biz aparıcını və sujeti hazırlayan müxbirləri görür və onların təqdimatında hazırlanan materialları izləyirik. Ancaq müxbirlə bərabər əziyyət çəkən operatorlar hər zaman kölgədə qalır.  Hansı ki, operator qeyri-peşəkar olduqda, müxbir nə qədər istedadlı olursa-olsun onun işi diqqət çəkmir.  Bəs sizdə necə, xəbər operatorları xüsusi təlim keçirmi və sujetin hazırlanmasında onların üzərinə nə qədər yük düşür?

 

- Söhbət televiziya jurnalistikasından gedirsə, media məhsulunun tamaşaçıya görünən tərəfinin, yəni vizuallığının tamamı operatorun işidir. Xəzər televiziyasında çox peşəkar və bu sənətə illərini verən kameramanlarımız var. İstənilən xəbər sujetində, reportajda görüntü ilə sözlərin bir-birini tamamlaması isə birbaşa operator və jurnalistin bir-birilə qurduğu koordinasiyanın keyfiyyətindən asılıdır. Dəfələrlə şahidi olmuşam ki, kimlərsə çəkilişdən qayıdır və deyir ki, operator laızm olan heç nəyi çəkməyib. Burda səhv olan odur ki, jurnalist hər çəkilişdən öncə ağlında qurduğu sujeti çox ətraflı şəkildə operatora izah etməli, onunla məsləhətləşməlidir. Əgər operator hər şeyi olay yerində öyrənirsə və ona sujetdə nə, necə təqdim olunacaq izah edilmirsə, onda operatordan yüksək iş tələb etmək əbəsdir. 

 


- Çəkiliş prosesində hansı hadisələr daha çox yadınızda qalıb? 


- İlk olaraq mən "Xəzər" televiziyasında 2010-cu ildə gecə növbəsində müxbir kimi fəaliyyət göstərməklə başlamışam. Həmin vaxt maraqlı bir hadisə yaşanmışdı. Biz gecə növbəsində olanda avtomobillə şəhərdə gəzirdik ki, hansısa maraqlı hadisə qarşımıza çıxsa çəkək. Bir dəfə gecə saat 02:00 radələrində Azadlıq prospekti ilə gedirik. Birdən qarşımızdakı avtomobilin önündəki maşın dərhal dayandı və o da əyləcə basa bilməyərək qəza törətdi. Biz kamera və mikrafonla dərhal düşdük ki, hadisəni çəkək. Bu zaman qəzada avtomobili əzilən sürücü dönüb bizi gördü və bir anlıq maşınını unutdu. Əli ilə başını tutdu və bizə dönüb dedi ki, ay qardaş, sizə bu saniyə kim xəbər verdi ki, burda qəza olub? Adam qarşısında kamera və mikrafonu görüb sanki şoka düşmüşdü. 

 

- Sujetin hazırlanması, xəbərin istehsal prosesindən çıxan biri olaraq yəqin ki, xəbəri təqdim etmək sizə daha asan gələr?


- Peşəkar jurnalistikada artıq 11 ildir çalışıram. Çox maraqlı xəbər sujetləri və kiçik jurnalist araşdırmalarım olub. Ancaq düşünürəm ki, bunlardan ən yadda qalanı və unudulmaz olanı Zəfər gününün ildönümü ilə bağlı müəllifi olduğum “Kod adı Yaşma” sənədli filmi idi. 51 dəqiqəlik bu sənədli filmi hazırlamaq ilk olaraq mənə həvalə edildiyi üçün çox sevindim. Azərbaycan ordusunun ehtiyatda olan zabiti kimi Azərbaycanın zəfərindən, bir də üstəlik bu zəfərdə böyük pay sahibi olan xüsusi təyinatlı qüvvələrdən sənədli film hazırlamaq həm çox maraqlı, həm də qürurverici idi. Bu sənədli filmi 4 nəfərlik çəkiliş heyəti ilə 5 gün ərzində çəkmişdik. Ancaq film tamaşaçılar tərəfindən çox yaxşı qarşılandı və artıq 8 gün müddətində “Youtube”-da izlənmə sayımız yarım milyona yaxınlaşır. Müharibə ilə bağlı çoxları sənədli film hazırlamışdı. Ancaq biz bu filmə şəhid atası və hərbi həkimin iştirakı ilə hümanist bir çalar verdik. Adətən, müharibə adı gələndə ancaq döyüş səhnələri insanın ağlında canlanır. Ancaq hərbi həkimin bir il sonra yaralılara gizli şəkildə xidmət etdiyi evi taparaq orda etdiyi əməliyyatları xatırlaması və vətən müharibəsi qəhrəmanı olan hərbçimizin Cıdır düzündə oğlunun silahdaşlarının əhatəsində dediyi qürurverici sözlər bu sənədli filmi Azərbayan insanına daha çox sevdirdi. Düşünürəm ki, bu son olmayacaq və Azərbaycanın zəfər tarixini yazanların hamısını hissə-hissə digər sənədli filmlərlə tamaşaçılarımıza çatdıracağıq. 

 

- Bu gün təsadüfən yolu televiziyadan keçən, danışığında bir çox qüsurlar olan "aparıcıları" da zaman-zaman efirdə görürük. Ancaq hansı layihə olursa olsun onlar xəbərin tam mərkəzinə, xəbər aparıcılığına qədər gəlib çıxa bilmirlər. Onlara nə mane olur?


- Xəbər ciddilik və hərəkətlərinə nəzarəti sevir. Çünki bir gün xəbər aparıcısı olub sabah hansısa şou verilişini aparmaq mümkün deyil. Bu zaman tamaşaçıda sənə qarşı olan inam itir və müəyyən müddətdən sonra səni artıq heç kəs ciddi bir sima kimi qəbul etməməyə başlayır. Bu təkcə Azərbaycanda yox, dünyanın hər yerində belədir. Məsələn, bir sıra xarici ölkələrdə xəbər aparıcıları ilə əmək müqaviləsi bağlananda onlarla müxtəlif əyləncələrdən, tədbirlərdən uzaq durmaları barədə razılığa gəlinir. Çünki aparıcının hərəkətləri bəzi hallarda media qurumunun nüfuzuna da xələl gətirə bilər. Buna görə də xəbər aparıcılığı təkcə yaxşı diksiya və peşəkar jurnalist keçmişi olmaqla tamamlanmır. Bu peşə fəaliyyəti həyatın hər sahəsində aparıcının qabağına çıxır və xəbər siması olaraq hər şeydən özünü qorumağı, tamaşaçıların etimadını saxlamağı bacarmalısan. Buna görə də müxtəlif mövzularla bağlı gündəmə gələcək insanların xəbər aparıcısı olmasında düşünürəm ki, kanal rəhbərləri də maraqlı ola bilməzlər. Çünki həmin şəxsin hansısa hərəkəti sonra bütün kanalın nüfuzuna təsir edə bilər. 

 

Xəyalə Rəis
 

Oxşar xəbərlər
22:09, Bu gün
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
21:57, Bu gün
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
21:56, Bu gün
“Fransa qalib gələcək, amma...”
21:49, Bu gün
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
21:44, Bu gün
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
21:37, Bu gün
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
21:25, Bu gün
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:21, Bu gün
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
21:15, Bu gün
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
21:09, Bu gün
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
20:56, Bu gün
Qəbizliyi aradan qaldıran qidalar
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:10, Bu gün
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim