"Putin Qarabağdakı yeni “KQB”-“QRU” senarisini davam etdirir..."
Oxunub: 7145
13 Nov 2021 | 18:27
“Çıxış yolu: keçmiş “KQB” arxivləri səliqəli şəkildə açılmalı, son 30 ildə yeraltı-yerüstü sərvətlərimizi talan edərək xaricə daşıyan “KQB”-korrupsiya şəbəkəsinin rəhbərləri həbs olunmalıdır...”
 
“Azərbaycan və erməni toplumları arasında qarşılıqlı nifrət enerjisinin qorunub saxlanması məqsədilə Rusiya  kəşfiyyatı son bir il ərzində silsilə təxribatlar törətdi...”
 
-Fikir savaşı...-
 
44 günlük uğurlu savaşımızı düşmənimizin “dərisini soyub-soyub quyruğunda” saxlamış 10 noyabr üçtərəfli razılaşmasından bir il ötdü... Bilirsiz ki, bəndənizin təriflə arası yoxdur. Nə ifrat tərifin, nə də ifrat tənqid və təhqirin tərəfdarıyam. Orta, obyektiv, real, gerçək münasibət... Təəssüf ki, sovet dövrünü demirəm, son 30 illik müstəqillik dövründə də bütün hadisə və proseslərə obyektiv dəyərdən qaçanlar xeylidir... 10 noyabr razılaşmasından keçən bir ilə münasibətdə də vəziyyət eynidir. Azərbaycanın üzdə olan əksər “icmalçı”, “şərhçi”, “politoloq”, “ekspert”, deputat və s. hesab olunanları əsas gücü ölkə rəhbərliyinin uğurlu xarici və daxili siyasətini, quruculuq işlərininin yüksək qiymətləndirilməsinə verirlər. Məsələlərin əsas mahiyyətləri, əslində bizim xalq olaraq potensialımızdan, ordumuzun uğurlu əməliyyatlarından və bununla bağlı insan olaraq qəlbimizdə yaranan sevinc hisslərindən, yəni bizim emosionallığımızdan və s. sui-istifadə edən düşmənlərin bizə qarşı hansı işlər görməsi isə diqqətdən kənarda qalır...
*** 
 
Deyilənlərdən belə çıxmasın ki, bu sətirlərin müəllifi dövlətimizin, Ali Baş Komandanın son bir ildə gördüyü işləri görməzdən gəlir. Əsla, belə deyil. Bəli, 44 gün ərzində torpaqlarımızın xeyli hissəsinin şəhid və qazilərimizin canı, qanı, sağlamlığı bahasına azad olunmasında dövlətimizin xidmətləri danılmazdır və ötən bir ildə işğaldan azad torpaqlarımızdakı quruculuq işlərini də, qardaş Türkiyə ilə birgə görülən işləri, layihələri də və s. alqışlamamaq olmur. Lakin  bu haqda saytlarda, qəzetlərdə, radiolarda, telekanallarda yazanlar, danışanlar o qədər çoxdur ki... 
*** ***
Açığı, deyək ki, son bir ildə Azərbaycan dövlətinin uğurlarını gündəmə gətirmək sahəsində yarış gedir... Bəzi rəsmi və ya qeyri-rəsmi qurumlar az qalıblar öz əməkdaşlarına, ekspertlərinə, şərhçilərin orta məktəblərdəki kimi bu mövzuda inşa yazdıralar...  Və ötən ilin sentyabrından bəri yalnız pozitiv işləri yazan və danışanların çoxu özlərinə əsl mənada karyera qurdu. Biri ekspert oldu, biri politoloq oldu, o biri müdafiəsini uğurla(?)  başa vurub professor oldu... Bəndəniz belə yarışlara əvvəldən qatılmayıb, indi də qatılmadı, odur ki, orada artıq ona “yer” də qalmayıb...
 
*** 
 
Sözün kəsəsi, söhbət ondan gedir ki, bizim torpaqlarımızın xeyli hissəsini azad etməmizdən və bundan məharətlə yararlanan Rusiyanın 27 il sonra öz  ordusunu “sülhməramlı” adıyla Azərbaycan ərazisinə yeritməsindən keçən bir il ərzində uğurlu işlərimizlə yanaşı gələcəyimiz üçün çox təhlükəli proseslər də başlayıb və təəssüf ki, onlar davam edir...
 
*** ***
 
Əvvəla, ondan başlayaq ki, rəsmən “üçtərəfli bəyanat” adlandırılan 10 noyabr  razılaşmasının nə Azərbaycan, nə də beynəlxalq hüquq baxımından heç  bir hüquqi bazası yoxdur. Təəssüf ki, həmin bəyanatdan 7 ay sonra Azərbaycan və Türkiyə liderləri arasında imzalanmış Şuşa bəyannaməsi də heç bir hüquqi bazaya söykənmir... Və mövcud reallıqda hərbi sahədə Azərbaycanla Türkiyə arasındakı münasibətlər KTMT üzvü olan və ərazisində rus bazası yerləşən, sərhədlərini Rusiya FTX-nın sərhəd qoşunları qoruyan Ermənistanla Rusiya arasındakı münasibətlər qədər möhkəm hüquqi bazaya malik deyil. Eləcə də son hadisələr də sübut edir ki, ortalıqda cəmiyyətə Azərbaycan, Türkiyə müdafiə nazirlikləri,  yaxud elə Rusiya MN tərəfindən tərəfindən edilən real işləri görünmədiyindən Ağdam ərazisindəki Atəşkəsə Nəzarət üzrə Türkiyə-Rusiya  Birgə Monitorinq Mərkəzi də formal xarakter daşıyır... Və bütün bunlardan yararlanan Kreml də qoşunlarının daxil olduğu Azərbaycan ərazisində özünü faktiki həmin torpaqların sahibi kimi aparır... Bunu noyabrın 10-da Rusiyanın torpağımızdakı hərbi kontingentinin ilk komandanı general-leytenant Rüstəm Muradovun iştirakıyla 28 il öncə erməni terrorçuları tərəfindən Azərbaycan xalqına qarşı Rusiyanın 366-cı alayının dəstəyi ilə kütləvi soyqırım həyata keçirilmiş Xocalı rayonu ərazisində xristian pravoslav kilsəsi açılması, Rusiya sülhməramlı(?) əsgərinin heykəlinin və 10 rus məşhurun büstlərinin qoyulması da bariz şəkildə təsdiqlədi...  Çünki 44 günlük savaşdan sonra ortalıqda hadisə və proseslərə gerçək təsir gücü olan real 3 fakt var:  Birincisi, Azərbaycan ordusu torpaqlarının xeyli hissəsini o cümlədən Şuşa şəhərini, həmin rayonun Daşaltı kəndini, eləcə də Hadrut qəsəbəsi və ətraf bir çox kəndləri işğaldan azad edib. İkincisi, Rusiyanın hərbi birləşməsi Laçın şəhəri və ətraf bir neçə kənd, eləcə Şuşa rayonunun qalan 36 kənd və bir qəsəbəsi də daxil olmaqla Xankəndi şəhəri, keçmiş Əsgəran, Ağdərə rayonlarının, həmçinin Xocavənd şəhəri və eyni rayonun bir çox kəndlərinə nəzarət edir. Üçüncüsü, Azərbaycanın Qarabağdakı işğaldan azad edilməmiş adları çəkilən  və çəkilməyən məntəqələrində xeylisinin əlində silah-sursat olan mülki ermənilərlə yanaşı, Ermənistan ordusuna və ya separatçı-terrorçu rejimin “müdafiə ordusu”na aid işğalçı və terrorçu silahlı qüvvələr də mövcuddur.  Rusiya məhz ikinci və üçüncü amillər sayəsində həm Azərbaycanı, həm də Ermənistanı Qarabağ “qarmağı”nda saxlamaqda davam edir...
 
*** ***  
 
Fəal oxucularımızın yaxşı yadında olar, 10 noyabr razılaşmasından təxminən bir ay sonra bu sətirlərin müəllifi  “Putin Qarabağdakı yeni “KQB” senarisini açıqladı...” başlıqlı yazısında(bax: //www.moderator.az/news/356684.html) Putinin 2020-ci il üçün illik mətbuat konfransında ordusunu yeritdiyi Azərbaycan torpaqlarıyla bağlı planlaşdırdığı işlərlə bağlı verdiyi sətiraltı mesajlardan bəhs etmişdi...
Həmin yazıda əsas məqamlardan biri Rusiya liderinin dəfələrlə söylədiyi “Qarabağ -Azərbaycanın tərkib hissəsidir”  fikrinin təhlili idi...
 
*** ***
 
Məsələnin daha aydın olması üçün Sözügedən yazının həmin hissəsini bir daha nəzərinizə çatdırırıq: 
“Öncə deyiliş formasına diqqət edək. Putin  artıq oktyabrın 22-də müzəffər savaşımızın qızğın çağında da eyni fikri, demək olar ki, eyni formada ifadə etmişdi: 
“Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsidir”. Diqqət edin, çekist  prezident  birbaşa demir ki,  Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir... Yaxud həmin fikrə “eyni zamanda beynəlxalq hüquq baxımından” birləşməsini əlavə etmir. Qeyri-iradi sual yaranır: Məgər hansısa aspektdən Qarabağ Azərbaycanın tərkib hissəsi deyil. Burada iki aspekt: tarixi və mövcud gerçəkliyə uyğun faktiki yanaşma ola bilər. Putin sözügedən boşluğu yaratmaqla  rəsmi Bakıya, Ankaraya və bütün dünyaya nesaj verir: Qarabağ hüquqi baxımdan Azərbaycanın olsa da, tarixi baxımdan çar imperiyası dövründə də, sovet dövründə də Rusiyanın olub. Və bu gün də keçmiş Dağlıq Qarabağ Vilayətinin əsas hissəsi rus ordusunun nəzarətində olduğundan faktiki olaraq həmin ərazi Rusiyanın əlindədir... Digər tərəfdən isə “KQB” polkovniki ermənilərə  demək istəyir ki, Qarabağ de-yure Azərbaycanın olsa da, hazırda bizim himayəmiz altında onun  tarixi baxımdan  ermənilərə məxsus olması istiqamətində ideoloji-siyasi mübarizənizi davam etdirə bilərsiz. Yəni Putin dolayısıyla Qarabağda sovet dövründən bəri qalan yaşlı nəslə, bir qərinəlik işğal illərində Azərbaycan torpaqlarında faktiki doğulub boya-başa çataraq Qarabağı özlərinin tarixi vətəni hesab etmiş, Azərbaycana, türkə nifrət ruhunda böyüdülmüş on minlərlə erməni gəncinə, eləcə də bütövlükdə erməni cəmiyyətinin xəstə hissəsinə qızışdırıcı  ümid verir... Yəni “dayanmaq olmaz, yenidən toparlanmaq ayağa durmaq, mitinqlər keçirmək, sonra isə tədricən  silahlı mübarizəyə başlamaq mümkündür...”  Təbii ki, Rusiya rəhbəri bu mesajı da ermənilərə sevgisindən yox, onlardan alət kimi yararlanmaq məqsədi ilə verir...”
*** ***
 
Putinin  bəhs edilən çıxışından əvvəl də, sonra  da Azərbaycanın Qarabağ torpağında  “sülhməramlı” adlanan Rusiya hərbçilər vasitəsilə  bəhs edilən gizli mesajlara uyğun addımlar atılıb və atılmaqdadır... 
 
*** ***
 
Birincisi, hələ  rus qoşunu torpaqlarımıza daxil olunmamış Rusiya Müdafiə Nazirliyinin tərtib etdiyi xəritədə keçmiş Dağlıq Qarabağ ərazisindəki bir sıra toponimlər müstəqil Azərbaycan dövlətinin rəsmi xəritələrindəki kimi deyil, sovet dövründəki(yəni Azərbaycanın və həmin ərazinin Moskva tabeliyində olduğu vaxtlar) kimi erməniləşmiş adlarla göstərildi(Xankəndi əvəzinə “Stepanakert”,  Ağdərə əvəzinə “Mardakert” və s.).  Azərbaycanın rəsmi qurumları buna müvafiq reaksiya vermədiklərindən Rusiya MN indiyədək bu yanlışlara nəinki düzəliş edib, əksinə, Azərbaycan Prezidentinin dəfələrlə söylədiklərinin əksinə olaraq rəsmi məlumatlarında “Dağlıq Qarabağ” söz birləşməsini inzibati vahid kimi işlətməkdə, hətta Laçın rayonunu “Dağlıq Qarabağın rayonu” kimi göstərməkdə davam  edir. Yaxşı ki, 2021-ci il avqustun 12-də Rusiya hökumətinə məxsus saytlardan birində “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlənməsinə Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq reaksiya verdi...
 
İkincisi,  “Qarabağ Azərbaycanın tərkib hissəsidir” deyən Putinin təşkil etdiyi “sülhməramlı”ların ilk komandanı general Rüstəm Muradov və onun əməkdaşları da, eləcə də Rusiya FHN-in işçiləri də Xankəndinə daxil olan kimi rəsmi Bakının cinayətkar elan edərək İnterpola verdiyi separatçı-terrorçu Araik Arutyunyan və digərləri ilə görüşüb görüləcək işləri onlarla müzakirə etməyə başladılar və bu günədək  o cür fəal olmasa da, həmin əməkdaşlıq(?) davam edir... 
 
Üçüncüsü,  10 Noyabr razılaşmasının 4-cü bəndinə əsasən sülhməramlıların girişi ilə paralel  digər yerlərdə olduğu kimi,  keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni silahlı  birləşmələrinin də hamısı çıxarılmadı və yalnız Hadrutdakı, Şuşanın kəndlərindəki kimi “partizanlıq” etdikdən, hərbçilərimizi qətlə yetirdikdən, mülki şəxslərimizi yaraladıqdan sonra yada düşməyə başladılar... Və təəssüf ki, humanitar(!) səbəblərdən və Rusiyanın xahişini(!) nəzərə alaraq Azərbaycan dövləti həmin terrorçu əsirlərin bir çoxunu Ermənistana qaytardı... Üstəlik, bu günlərdə Şuşa yaxınlığında baş verən məlum təxribatdan sonra Araikin Qarabağdakı erməniləri fərdi silahlanmağa çağırdı və Rusiya hərbi kontingentinin komandanlığı buna heç bir rəsmi reaksiya vermədi... Odur ki, bundan ruhlanan erməni terrorçuları Şuşada növbəti təxribat törətdi – Azərbaycan hərbşilərinin blok-postuna qumbara atdı...
 
Dördüncüsü,  Rusiya “sülhməramlı”ları torpaqlarımıza daxil olan kimi Azərbaycanın müvafiq qurumlarının nəzarəti olmadan Ermənistandan kimliyi dəqiq bəlli olmayan ermənilər kütləvi şəkildə  Qarabağa, Xankəndinə qaytarılmağa başladı...  Onların arasında  yaxın gələcəkdə baş qaldıracaq ekstremist və terrorçuların olmadığına kim zəmanət verə bilər? Və Rusiya MN-in son rəsmi məlumatlarına görə indiyədək Ermənistandan Azərbaycan torpaqlarına “köçkün”adı altında 52 mindən çox hay, yaxud erməni qaytarılıb... Düzdü, Azərbaycan rəsmiləri deyir ki, hazırda Qarabağda, uzağı 25-30 min hay, yaxud erməni var... Lap deyək ki, Rusiya MN Qarabağa 52 min yox, 12 min “köçkün” erməni qaytarıb. Bəs həmin 12 min hayın 4 mini bu gün Şuşadakı postumuza hücum edən Noayr Mirzoyan kimi terrorçudursa, proseslər nəyə doğru inkişaf edəcək?..
 
*** *** 
Qarabağ torpağında  “sülhməramlı” adlanan Rusiya hərbçilər vasitəsilə Putinin bəhs edilən yeni “KQB”-QRU” ssenarisinə uyğun ötən ilki yazımda qeyd etdiyim addımlara son bir illik proses və hadisələr əsasında daha bir neçəsini əlavə etməyə məcburuq...
 
***
 
Təəssüf ki, Rusiya prezidenti V.Putinin  öncə xatırlatdığım “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsidir” cümləsindəki gizli mesaja, bildiyimə görə, Azərbaycanın rəsmi qurumları bir yana, heç bir müstəqil eksperti, politoloqu diqqət edərək şərh verməyib. Halbuki, bu, çox ciddi məqamdır... Çünki digər yazılarımda da qeyd etdiyim kimi, Putin bununla öncə demək istəyir ki,  nəinki, Qarabağ, bütövlükdə Azərbaycan tarixi baxımdan çar imperiyası dövründə də, sovet dövründə də Rusiyanın ərazisi, əslində müstəmləkəsi olub. İkincisi də, Rusiya lideri erməniləri körükləyir ki, Qarabağ de-yure Azərbaycanın olsa da, hazırda bizim himayəmiz altında onun  “tarixi baxımdan  ermənilərə məxsus olması” istiqamətində ideoloji-siyasi, ardınca da yenidən partizan və hərbi mübarizənizi davam etdirə bilərsiz...O da məlumdur ki, Putin ondan əvvəlki və sonrakı çıxış və müsahibələrində, o cümlədən “Valday” klubunda keçmiş SSRİ-nin müttəfiq respublikalarının ərazisinin “tarixi Rusiya torpaqları olduğu” kimi fikirlər də səsləndirib...  
Rusiyanın Qarabağda “KQB”-“QRU” ssenarisi üzrə atacağı qeyd edəcəyim 5-ci, 6-cı və 7-ci addımların mahiyyəti məhz bunlarla bağlıdır... 
 
***
...Beşincisi, Qarabağa daxil olandan az sonra Rusiya kontingenti hayların vasitəsilə və özləri bu Azərbaycan torpaqlarında sovet-rus imperiyası dövründə baş vermiş “Böyük Vətən” müharibəsinin erməni qəhrəmanlarına aid abidələrin bərpa olunması məsələsini gündəmə gətirdi və bir daha funksiyalarından kənara çıxaraq bu istiqamətdə də işlər görməyə başladı...
 
*** *** 
 
Altıncısı, Rusiya hərbçiləri ilk aylardan Qarabağdakı hay, erməni məktəblərində humanitar aksiyalarla yanaşı, həm rus dili, həm də tarixi mövzularda açıq dərslər təşkil etməyə, SSRİ dövründəki sovet-rus ordusunun qəhrəmanlıq tarixindən danışırlar...
 
*** *** 
 
Yeddincisi, artıq 10 noyabr 2021-ci ildən, yəni torpağımıza yerləşməsinin ildönümündən başlayaraq Rusiya hərbi kontingenti komandanlığı Azərbaycan Respublikasının Qarabağ ərazisində sülhməramlı(?) əsgərə heykəllə yanaşı, Nevski, Puşkin, Lermontov, Derjavin kimi 10 tarixi(!) şəxsiyyətlərinə də abidə qoymağa başladı....
 
*** ***
 
Səkkizincisi, Rusiya hərbi kontingentini Laçın dəhlizi və Qarabağa yeridərək Azərbaycan ordusunun Zəfər hücumunu yarımçıq saxlamaqla yanaşı, hərbi əməliyyatlar bitdikdən sonra Qarabağdakı  mülki ermənilərin azərbaycanlılarla birbaşa ünsiyyətinin, yəni gələcək barışıq və sülhə özlərinin təşəbbüs göstərməsinin də qarşısını aldı. Çünki iki ölkə və toplumlar arasında barışıq, sülh olacağı təqdirdə artıq Moskvanın bölgəyə müdaxiləsinə ehtiyac qalmayacaq...
 
*** ***   
 
Çoxları deyir ki, Rusiya “sülhməramlı”ları gəlməsəydi, sabitlik yaratmaq olmazdı... Əksinə, Putin işlərə burnunu soxmasaydı, bu günədək Paşinyan hökumətiylə dil tapıb Zəngəzur dəhlizini də açardıq, Xocalı, Xankəndi və s. ərazilərdə də bayrağımızı ucaldıb yurusdiksiyamızı da bərpa edərdik...
 
*** ***
 
Bir anlığa təsəvvür edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan ordusu Laçın şəhərini də azad edərək Xankəndi-Laçın-Gorus yolunu tamamilə bağlayır. Məlum idi ki, ondan əvvəlki günlərdə ordumuz artıq Kəlbəcərdən keçən Xankəndi-Ağdərə-Basarkeçər yoluna da nəzarəti demək olar ki, ələ almışdı... Rusiyanın Ermənistandakı bazası yoxdur və ya var, ancaq tam hərəkətsizdir. Putin Xankəndi və İrəvandakı revanşistləri qızışdırmır. Paşinyan başda Robert Köçəryan, Serjik Sərkisyan olmaqla Rusiyanın siyasətdə və ordudakı bütün şəbəkəsini, “5-ci kalon”unun əsas fiqurlarını həbs etdirir... Və Azərbaycan dövləti Qarabağda mühasirədə qalan erməni ordusuna texnika və silahlarını təhvil verərək Laçın yolu vasitəsilə Ermənistana çıxmaları üçün vaxt verir.  DTX və daxili qoşunlarımız Xankəndi, Əsgəran, Ağdərədə və s. əməliyyat keçirərək separatçılıqla məşğul olan əsas fiqurları, o cümlədən Araik Arutyunyanı, Bako Saakyanı, Vitali Balasanyanı həbs edir... Bundan sonra Qarabağdakı ermənilər olur quzu... Azərbaycan Ali Baş Komandanı bütün yerli və beynəlxalq mediaya bəyan etməklə  Silahlı Qüvvələrə, eləcə də hüquq-mühafizə orqanlarına mülki dinc ermənilərə qarşı hər hansı fiziki təzyiq və ya təhqirlərə yol verməmək barədə yazılı əmr verir... Eyni zamanda dövlətimiz silahsız, mülki ermənilərə Azərbaycan vətəndaşlığını qəbul edərək qanunlarımıza tabe olmaq istəmədikləri halda Laçın yolu vasitəsilə Ermənistana köçməyi təklif edir... Nəticədə Qarabağda qalmağı qəbul edən az sayda mülki ermənilər öz ağsaqqalları vasitəsilə Azərbaycanın siyasi və hərbi rəhbərliyinə müraciət edərək vətəndaşlığın qəbul olunması və digər şərtlər barədə danışığa gəlirlər...
 
****
 
Təəssüf ki, Moskvanın məsələlərə ciddi şəkildə müdaxiləsi ilə bunların heç biri baş vermədi və  10 noyabr 2020-ci ildən bəri bu günədək  Rusiya həm Ermənistanda, həm Azərbaycanda və ayrıca Qarabağdakı separatçı rejim daxilindəki  agentura şəbəkələri vasitəsilə tərəflər arasında dərin nifrətin nəinki qorunub saxlanmasına, daha da şiddətlənməsinə xidmət etdi... Xalqların nifrət potensiallarını idarə olunması başqa mövzudur. O haqda geniş danışarıq növbəti yazılarda...
 
*** ***
 
Elə həm də Azərbaycan və erməni toplumları arasında qarşılıqlı nifrət enerjisinin qorunub saxlanması məqsədilə Rusiya hərbi və mülki kəşfiyyatı son bir il ərzində silsilə təxribatlar törətdi...
9 noyabr 2020-ci il axşamı Naxçıvan-Ermənistan sərhədində Rusiyaya məxsus vertolyotun müəmmalı şəkildə vurulması, bir neçə saat sonra gecə saatlarında Bakıya “İsgəndər” raketi atılmasından başlayaraq Ağdərədə guya “Azərbaycan hərbçiləri tərəfindən” erməni traktorçunun snayper atəşi ilə öldürülməsi, noyabrın 8-də Şuşa yaxınlığında guya “su kəmərini təmir edən” ermənilərə atəş açılaraq birinin öldürülməsi və sonuncu –bu gün Şuşa-Laçın yolunda  həmin ölən erməninin qardaşının Azərbaycan postuna qumbara atmasınadək bütün təxribatlar çox böyük ehtimalla “QRU”-nun -Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin əməlləridir... Və bu işlərdə Kremlə dəstək verən məhz “KQB”-“FSB” ilə yanaşı, “QRU”-nun da Azərbaycanın mülki və hərbi qurumlarındakı 44 günlük savaşdan öncə Türkiyənin müdaxiləsinə rəğmən hələ də güclü olan agentura  və casus şəbəkəsidir...
 
*** *** 
Elə vəziyyətdən çıxış yolu kimi Azərbaycan dövləti və xalqı ilk növbədə Rusiyanın  iki əsrdən çox müddətdə daxilimizdə formalaşdırdığı agentura şəbəkəsinin aparıcı fiqurlarını ifşa etməkdən başlamalıdır... Bunun üçün keçmiş “KQB” arxivləri səliqəli şəkildə açılmalı, son 30 ildə Azərbaycanın yeraltı-yerüstü sərvətlərini talan edərək xarici banklara, mülklərə daşıyan və hazırda məhz Putinin şantajı altında olan  “KQB”-korrupsiya şəbəkəsinin rəhbərləri, eləcə də Azərbaycan zabitini, əsgərini erməni hərbçilərə seksual xidmət göstərmək kimi yaramaz bir ləkənin sənədləşdirilməsi, sayı-hesabı dəqiq bilinməyən hərbçimizə misli görünməmiş fiziki və mənəvi işgəncələr verdirmiş, neçəsini qətlə yetirtmiş məşhur “Tərtər işi”nin təşkilatçıları olan “QRU” agentləri həbs olunmalı və ən ağır hüquqi cəzalara məhkum olunmalıdır...
Əks halda  Bakıdakı “5-ci kalon” və Xankəndindəki “sülhməramlı” kontingent əlbir olaraq Azərbaycanın nəinki işğaldan azad torpaqlarımızda, digər ərazilərimizdə də nəzərdə tutduğu hədəflərə çatması yolunda böyük əngəllər yaradacaq... 
 
Sultan Laçın  
 
Oxşar xəbərlər
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü