Şəmkirdə maşın körpüdən asılı vəziyyətdə qaldı - VİDEO
1099
18 Nov 2021 | 15:13

Şəmkirdə maşın körpüdən asılı vəziyyətdə qaldı - VİDEO

Bu gün gecə saatlarında Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, 1991-ci il təvəllüdlü Orxan Əvəz oğlu Rüstəmovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili körpü üzərində qəzaya uğrayıb.
 
Qəza nəticəsində vətəndaş içərisində olmaqla avtomobil körpüdən asılı vəziyyətdə qalıb.
 
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.
 

 

Link kopyalandı!
Son xəbərlər