Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev və Qərb Rusiya təcavüzünün qarşısını almaq üçün təkcə diplomatik iqtisadi addımları deyil, həm də hərbi tədbirləri özündə əks etdirən üç səviyyəli kompleks plan üzərində işləyir.
Moderator.az bu barədə Ukraynanın “Qlavred” nəşrinə istinadla xəbər verir. Ukraynalı diplomatın sözlərinə görə, Rusiya Ukrayna dövlətinə, o cümlədən hərbçilərə qarşı istənilən ssenariyə hazır olduğunu nümayiş etdirir, ona görə də Kiyev Qərblə Moskvanı cilovlamağa yönəlmiş konkret addımlar barədə danışıqlar aparır.
Nəşrin yazdığına görə, söhbət diplomatiyadan, ciddi iqtisadi sanksiyalardan, o cümlədən “Şimal axını-2”-yə ciddi məhdudiyyətlərdən, eləcə də Ukraynaya əlavə silahların verilməsindən və Qara dənizin hava və su məkanında hərbi mövcudluğun artırılmasından gedir. “Rusiya fəal şəkildə nümayiş etdirir ki, bütün mümkün, o cümlədən hərbi ssenariləri nəzərdən keçirir. Ona görə də söhbət “qorxulardan” yox, təhdidlərin tam real qiymətləndirilməsindən gedir. Məhz buna görə də Vaşinqtonda və Brüsseldə mən tərəfdaşlarımla heç bir təhlükənin olub-olmaması barədə danışmamışam. Biz konkret hərəkətlər və Rusiyanı hərbi avantüralardan və gələcək aqressiv fəaliyyətdən çəkindirmək üçün konkret paket haqqında danışdıq”, - deyə Kuleba bildirib.
Onun sözlərinə görə, Kremlin Ukraynaya qarşı hər hansı hərbi manevrlərə getmək niyyətinə düşməməsi istiqamətdə iş aparılır və Qərb Kiyevi təkcə sözdə deyil, əməldə də dəstəkləməyə hazırdır. “Biz Ukraynaya beynəlxalq dəstəyi elə səviyyədə möhkəmləndirməyə çalışırıq ki, Moskva prinsipcə heç bir hərbi avantüraya belə başlamaq istəməsin. Vaşinqton və Brüsseldəki danışıqlardan sonra əmin oldum ki, biz uğur qazanırıq. Tərəfdaşlar bizi təkcə sözdə deyil, həm də əməldə dəstəkləməyə hazırdırlar”, - deyə Kuleba izah edib.
Xarici işlər naziri Ukraynanın və beynəlxalq ictimaiyyətin Rusiyanı cilovlamaq üçün üç səviyyəli plan üzərində işlədiyinə diqqəti çəkib. Birinci səviyyə diplomatiyadır: Qərb Kiyevə dəstək barədə müxtəlif bəyanatlar verməlidir. İkinci səviyyəyə ciddi iqtisadi sanksiyalar, o cümlədən “Qazprom”-un “Şimal axını-
Nazirin sözlərinə görə, üçüncü səviyyə hərbi-müdafiə məsələsidir. Ukrayna Qərbin köməyi ilə müdafiəsini gücləndirməyi qarşısına məqsəd qoyur. Kiyev əlavə silahlar almağı və kəşfiyyat əməkdaşlığını gücləndirməyi planlaşdırır. Eyni zamanda Ukrayna Qara dənizin hava və su məkanlarında Qərb dünyasının hərbi mövcudluğunun artacağını gözləyir. “Bu üç səviyyəli saxlama paketi onların istəyi və qətiyyətindən asılı olaraq müxtəlif tərəfdaşlar tərəfindən doldurulur. Bəziləri silah verməyə, bəziləri iqtisadi tədbirlər hazırlamağa, bəziləri isə sərt bəyanatlar verməyə hazırdır. Biz bütün bu elementləri qiymətləndiririk və hər bir tərəfdaşın dəstəyi bizim üçün vacibdir”, - deyə Dmitri Kuleba vurğulayıb.
Miraslan