Rüstəm Muradovun İrəvana apardığı zabit meyitidir - AÇIQLAMA
Dünya
1548
18 Nov 2021 | 12:24

Rüstəm Muradovun İrəvana apardığı zabit meyitidir - AÇIQLAMA

Ermənistan Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradovun ötən gecə Bakıdan İrəvana apardığı meyitin kimliyini açıqlayıb.
 
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ötən gecə general Muradov Bakıdan İrəvana baş leytenant Taron Saakyanın (1990-cı il təvəllüdlü) meyitini çatdırıb.
 
Ermənistan Müdafiə Nazirliyi daha əvvəl Rusiya tərəfinin vasitəçiliyi ilə əsir düşən əsgərlərin geri qaytarılması üçün danışıqların aparıldığını bildirmişdi.
 
“Noyabrın 16-da baş vermiş döyüşlər nəticəsində itkin düşmüş hərbi qulluqçuların tapılması, eləcə də əsirlərin qaytarılması istiqamətində işlər davam etdirilir”, - deyə nazirlikdən bu məsələ ilə bağlı vaxtaşırı açıqlamalar veriləcəyini bildiriblər.
 
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda onların 2 ölüsü var, 24 nəfərin taleyi məlum deyil, daha 13 nəfər əsirlikdədir.
 
Xatırladaq ki, noyabrın 16-da Ermənistan  Silahlı Qüvvələrinin bölmələri Laçın və Kəlbəcər istiqamətindəki dövlət sərhəddində Azərbaycanın mövqelərinə hücum edib.
 
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüş əməliyyatları zamanı Ordumuzun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.
 
Ermənistan Müdafiə Nazirliyinin məlumatınada deyilir ki, döyüşlər nəticəsində 2 post Azərbaycan ordusunun nəzarətinə keçib.
 
Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində saat 16 iyun 18:30-da qatəşkəs elan olunub.
Link kopyalandı!
Son xəbərlər