İngilis qarını canilərdən qoruyarkən şəhid olan Əli Britanıyanın qəhrəmanı oldu…-FOTOLAR
Dünya
3361
18 Nov 2021 | 10:13

İngilis qarını canilərdən qoruyarkən şəhid olan Əli Britanıyanın qəhrəmanı oldu…-FOTOLAR

20 yaşlı Somali mənşəli müsəlman tələbə  Əli Əbukar Əli cümə günü  Londonda  82 yaşlı Betti Volş adlı qadını müdafiə edərkən qəhrəmancasına həlak olub.  
Moderator.az xəbər verir ki, “Əl-Cəzirə” nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada  bu gənc müsəlmanı   cəsarət, fədakarlıq və qorxmazlığı səbəbindən şəhidliyindən sonra qəhrəman elan edilib.
 
Yaşlı qadın Böyük Londonun qərbindəki Brentford şəhərində dükanda alış-veriş edərkən canilərin hücumuna məruz qalıb. Bu məqamda yaxınlıqda olan Kinqston universitetinin tələbəsi Əli Əbukar şücaətlə onun müdafiəsinə qalxıb və nəticədə bıçaqla ölümcül yaralanıb. Hadisə yerinə həkimlər çağırılsa da, müsəlman gəncin həyatını xilas etmək mümkün olmayıb. Bıçaq xəsarətləri alan Volş isə xəstəxanaya yerləşdirilib, hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur.
 
Britaniya qəzetlərinin qəhrəman adlandırdığı Əlinin ölümü qohumları, dostları və təlim keçdiyi  uşaq basketbol komandasının oyunçularını şoka salıb.
Faciəvi hadisədən dərhal sonra sosial şəbəkələrdə Əlinin ailəsinə dəstək səhifələri açılıb.
 
“Cümə günü – 12 noyabrda biz oğul, qardaş və dost itirdik. Bizim sevimli qardaşımız Əli Rəbbimizə tərəf döndü, Allah ona rəhmət etsin”, – deyə səhifədə qeyd edilib.
 
“Əli həyatımda rast gəldiyim ən səmimi, sadiq və qayğıkeş insan idi”- deyə mərhumun dostu Maykl Quento bildirib.
 
Müsəlman gəncin ailəsinə dəstək üçün kampaniyanın başladılmasından cəmi bir neçə saat sonra 35 min 500 funt sterlinq toplanılıb. Hazırda həmin məbləğin 80 min funt sterlinqi ötdüyü bildirilir.
 
Bu arada 37 yaşlı şübhəli Norris Henri məhkəmə qarşısına çıxarılıb. O, gənc Əlini öldürməkdə və Betti Uolşu öldürməyə cəhddə ittiham olunub. 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər