Qadın ərini pomidor gətirməyə göndərdi, özü isə qonşu kişi ilə bağda… - Şok olay
Oxunub: 2868
18 Nov 2021 | 15:27
Qadın ərini pomidor gətirməyə göndərdi, özü isə qonşu kişi ilə bağda… - Şok olay
Tovuz rayonunda 1986-cı il təvəllüdlü Malik Məmmədalıyev həyat yoldaşı Rəqsanə Məmmədovanı öldürüb.
 
Malik 7 avqust 2020-ci ildə saat 21.30-da Tovuz rayonu Aşağı Quşçu kəndində evinə qayıdarkən faktiki nikahda olduğu Rəqsanənin ona xəyanət etməsindən şübhələnib.
 
Bunu dəqiqləşdirmək məqsədilə evin həyətyanı sahəsinə arxa hissədən girib, Rəqsanəni qonşuluqda yaşayan Rasimlə həyətdə səmimi söhbət etdiyini görüb.
 
Bundan əsəbləşən Malik onlara doğru gedib. Rasim xoşagəlməz hadisə olacağından ehtiyatlanaraq oradan qaçıb. Malik Rəqsanə ilə yaşadığı evin dəhlizinə gedib. Rəqsanənin Rasimlə münasibətini aydınlaşdırarkən mübahisə yaranıb.
 
Malik əvvəlcə Rəqsanəyə əlləri ilə vurub, sonra mətbəxdən götürdüyü bıçaqla bel nahiyyəsinə ardıcıl zərbələr endirib.
 
Bundan sonra əməlindən səmimi peşimançılıq hissi keçirib və Rəqsanəyə ixtisaslaşmış tibbi yardım lazım olduğunu görüb. Dərhal Səhiyyə Nazirliyinin 103 xidmət mərkəzinə zəng edib və təcili tibbi yardım briqadası çağırıb.
 
Ağır xəsarət alan Rəqsanə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, avqustun 8-də dünyasını dəyişib.
 
“Münasibətlərimiz normal olub”
 
İstintaq orqanı tərəfindən Malikin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Malik elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2007-ci ildə Rəqsanə ilə ailə həyatı qurub: “Nikahla bağlı qeydiyyat şöbəsinə müraciət etməmişik. Birgə evliliyimizdən 2 övladımız var. Biri qız, biri oğlandır.
 
Evləndikdən sonra atama məxsus evdə yaşamışıq. Həmin vaxt ər-arvad münasibətləriimiz normal olub”.
 
“Mənimlə yaşamaq istəmədiyini bildirdi”
 
Malikin sözlərinə görə, təxminən 2009-cu ildə hazırda Tovuz rayonu Aşağı Quşçu kəndində yaşadıqları, hadisənin baş verdiyi evə köçüblər: “Bundan sonra ailəmi fəhləçilik edərək, istixanalarda, əkin sahələrində muzdla işləyərək maddi cəhətdən təmin etmişəm.
 
Bundan başqa mərhum Rəqsanə həyətdə düzəldiyim ərzaq mağazasında işləyib. Birgə təsərrüfatla ailəmizi dolandırmışıq. Övladlarımiz Tovuz rayonu Aşağı Quşçu kənd tam orta məktəbində oxuyublar.
 
Son vaxtlar Rəqsanə ilə ər-arvad münasibətlərimizdə soyuqluq yaranmışdı. Onunla bu barədə söhbətləşərək niyə mənə soyuq davrandığını, soyuq davranma səbəbinin nə olduğunu öyrənmək istəmişəm. Rəqsanə mənimlə yaşamaq istəmədiyini, ayrılmaq istədiyini bildirdi. Bunun səbəbini soruşduqda, qonşumuz Rasimi onun adına çıxartdığımı, yəni onunla münasibəti olmasında günahlandırdığımı bildirdi. Biz dəfələrlə bu barədə mübahisə və münaqişə etmişik”.
 
“Razılaşdığımız üçün ayrıldq”
 
Malik qeyd edib ki, təxminən 14 iyul 2020-cu ildə, axşam saat 20 radələrində aralarında ailə-məişət zəminində mübahisə yaranıb: “Rəqsanəyə bir-iki şillə vurdum. Buna görə 102 xidmətinə zəng etdi. Biz birlikdə Tovuz rayon polis şöbəsinə gedərək hadisə ilə bağlı izahat verdik. Bundan sonra ayrılmaq qərarına gəldik.
 
Dəfələrlə Rəqsanə ilə aliment əvəzinə evin onda qalması ilə bağlı razılaşdıq. Razılaşdığımız üçün ayrıldıq. Təxminən dörd gün atama məxsus evdə qaldım. Atam məndən nə baş verdiyini soruşduqda, ona Rəqsanə ilə ayrıldığımı bildirdim. Lakin bir müddət sonra, təxminən iyulun 18-də uşaqlara görə barışdıq.
 
Bundan sonra münasibətlərimiz düzəldi. Bu müddət ərzində heç bir dava-dalaş, soyuqluq olmadı”.
 
“İrəlilədikdə dörd ayaq gördüm”
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, avqustun 7-də bütün gün evdə olub, öz işlərini görüb: “Həmin gün axşam saat 20.00-da Rəqsanə mənə pomidor turşusu düzəldəcəyini bildirdi. Mənə atamgildən 10 kilo pomidor gətirmək lazım olduğunu dedi. Yaşadığımız evdən təxminən 10 kilometr uzaq olan atama məxsus evə getdim. Pomidoru sahədən təxminən 5-10 dəqiqəyə yığaraq evə qayıtdım.
 
Rəqsanənin gecə vaxtı pomidor yığmağa göndərdiyi üçün onun məni evdən uzaqlaşdıraraq kiminləsə görüşəcəyindən şübhələndim. Buna görə piyada tez evə qayıtdım. Yaşadığm evə qayıtmağım təxminən 25-30 dəqiqə çəkdi.
 
Evə qayıdanda saat 22.30 idi. Şübhələndiyim üçün evin arxa tərəfindən həyətə keçdim. Həyətdə başqa adamın olub-olmadığını yoxlamaq istədim. Bir qədər həyətin içərisinə irəlilədikdə dörd ayaq gördüm.Rasimin Rəqsanə ilə mehriban söhbət edirdi.
 
Onları gördükdən sonra Rasimin üstünə yeridim və yumruqla onu vurmaq istədim. Lakin atdığım yumruq divara dəydi. Rasim həyətdən çölə qaçdı”.
 
“Sevgi münasibəti olub-olmadığını soruşdum”
 
Malik ifadəsində bildirib ki, Rəqsanədən nə baş verdiyini soruşub: “Rasimin gecə vaxtı onunla nə etdiyini öyrənmək istədim. Rəqsanə mənə Rasimin onu divara qısnadığını, onun heç bir günahı olmadığını dedi. Buna görə Rəqsanəni Rasimin evinə apardım. Lakin Rasimi evdə tapa bilmədik.
 
Bundan sonra evə qayıtdıq, ondan Rasimlə gecə vaxtı mehribancasına söhbət etməsinin səbəbini soruşdum. Sabah bu məsələyə aydınlıq gətirəcyimi dedim.
 
Yenidən Rəqsanədən Rasimlə nə işi olduğunu, aralarında sevgi münasibəti olub-olmadığını soruşdum. Əsəbi olduğum üçün onun üz nahiyəsinə iki şillə vurdum. Rəqsanə qabağımdan keçəndə stolun üzərində olan bıçağı götürərək onun kürək nahiyəsindən iki zərbə vurdum. Rəqsanə səndələdi. Mənə çönərək “məni bıçaqla vurdun?” dedi.
 
Bıçaqla Rəqsanəni vurduqda uşaqlar o biri otaqda televizora baxırdılar. Onlar Rəqsanəni bıçaqla vurmağımı görmədilər”.
 
“Qisas almaq istəmişəm”
 
Malikin ifadəsinə görə, Rəqsanəni bıçaqla xəsarət yetirdikdən sonra onu qapı qonşusu Vidadinin evinə aparıb: “Orada təcili tibbi yardıma zəng etdik. Təcili tibbi yardımın nə qədər vaxta gəldiyini xatırlamıram. Təcili tibbi yardım briqadası Rəqsanəni xəstəxanaya apardı. Mən də Rəqsanə ilə birlikdə xəstəxanaya getdim.
 
Bir qədər sonra Rəqsanənin bıçaqlanmağımla bağlı polis əməkdaşlarına məlumat daxil olduğundan izahatımı almaq üçün gəldilər. Polis əməkdaşlarına hadisəni törətdiyimi bildirdim.
 
Mənim Rəqsanəyə bıçaqla xəsarət yetirməkdə məqsədim onu öldürmək olmayıb. Rəqsanəni öldürmək istəsəydim, buna kifayət qədər imkanım vardı. Qarşımı kəsən yox idi. Sadəcə Rəqsanənin xəyanət etməsi mənə çox pis təsir etmişdi. Ondan qisas almaq istədim. Əməlimdən səmimi peşmanam”.
 
“Aralarında mübahisələr olub”
 
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində atası tanınıb. Hüquqi varis qeyd edib ki, qızı Rəqsanə Maliklə ailə qurundan sonra bir müddət atası evində yaşayıb:
 
“Təxminən 2007-ci ildən Aşağı Quşçu kəndində Çiçək adlı qadının evində kirayədə yaşadılar. Həmin evdə 3 ay kirayədə yaşadıqdan sonra qızım Rəqsanə Malikdən ayrılaraq öz evimizə qayıtdı, anası ilə birlikdə yaşadı. 2008-ci ildə Malik və Rəqsanə yenidən barışdılar.
 
Arvadım Rəfiqə Malik və Rəqsanənin hazırda qaldıqları evin torpaq sahəsini aldı və orada bir balaca otaq tikdi. Malik fəhləliklə məşğul olurdu. Birlikdə yaşadıqları müddət ərzində aralarında mübahisələr olurdu. Bu mübahisələrin əsas səbəbi torpaq məsələsi idi.
 
Malik onların yaşaması üçün aldıqları torpağı Rəqsanədən onun adına sənədləşməsini tələb edirdi. Rəqsanə də bunu qəbul etmir, bildirirdi ki, torpağı ata-anası alıb, bir sözlə, torpağın Malikin adına keçirilməsindən imtina edirdi”.
 
Hüquqi varis qeyd edib ki, son vaxtlar Malik Rəqsanəyə evi satması və onun ailə üzvlərinin yaşadığı binada satılmaqda olan ev tapdığını bildirir, Rəqsanədən həmin evi alaraq oraya köçməsini tələb edirdi: “Hadisə baş verməmişdən iki həftə əvvəl onlar arasında bu evlə bağlı mübahisə oldu. Aralarında mübahisə olan gün qızım məni çağırdı, telefonum vasitəsilə 102 xidmətinə zəng vurdu və Malikin onu ölümlə hədələdiyini, döydüyünü bildirdi. Rəqsanənin şikayətinə əsasən polis əməkdaşları gələrək yoxlama apardılar. Bundan sonra Malik Rəqsanə ilə barışdı”.
 
Rəqsanənin atası daha sonra qeyd edib ki, avqustun 5-də qızı ona zəng edib, yemək bişirdiyini bildirib və onu evə çağırıb: “Rəqsanəgilə getdim və yemək yeyərək onlarda qonaq qaldım. Həmin vaxt Malik də evdə idi. Onların arasında münasibət normal idi. Ertəsi gün günorta saatlarında öz evimdə olan zaman qızım məni yenə çağırdı və nahara dəvət etdi. Nahardan sonra axşam saatlarına qədər onlarda qaldım. Sonra öz yaşadığım evə qayıtdım. Evimizin arası təxminən 3 kilometrdir.
 
Evdən çıxdıqda Malik “mən də atamgilin evinə gedirəm” dedi. Birlikdə kənddə yerləşən gölün yanına kimi gəldik. Gölün kənarında mənə başqa yolla gedəcəyini bildirdi. Biz ayrıldıq, mən evə getdim.
 
Təxminən 22.30-da oğlum İlkin mənə zəng edərək Malikin Rəqsanəni bıçaqla vurduğunu bildirdi. Oğlum və arvadımla xəstəxanaya gəldik. Biz xəstəxanaya çatdıqda artıq Rəqsanə əməliyyat olunması üçün cərrahiyəyə şöbəsinə aparılmışdılar. Malik də xəstəxana da idi, dəhlizdə hərəkət edirdi. Bir qədər sonra polis əməkdaşları gəldilər və Maliki apardılar”.
 
“Aramızda sevgi yox, istək olub...”
 
Bu iş üzrə adı hallanan Rasim də şahid qismində ifadə verib. O bildirib ki, arvadı mərhum Rəqsanənin bibisi qızıdır: “Aramızda ailə münasibətləri yaxşı olub, ailəvi gediş-gəliş eləmişik. Hər hansı düşmənçilik və ya ədavətimiz olmayıb. Maliki uzun müddətdir tanıyıram, bəzi yerlərdə birlikdə fəhlə işləmişik.
 
Rəqsanə ilə qohum kimi münasibət saxlamışıq. Aramızda sevgi münasibəti olmayıb. Bir-birimizə istəyimiz olub”.
 
Rasim qeyd edib ki, avqustun 7-də təxminən saat 21.00-da Rəqsanə ona zəng edib, evlərinə çağırıb: “Rəqsanəgilin evinə getdim. Qapıya qarşı tərəfdən daxil oldum, həmin vaxt qapı açıq idi. Maliki çağırdım, Rəqsanə cavab verdi. Rəqsanədən siqaret olub-olmadığını soruşdum. Rəqsanə mənə hansı siqaret istədiyimi soruşdu. “Viceroy” siqareti istədim. Həmin siqaretdən qalmadığını bildirdi. Maliki soruşduqda, Rəqsanə onun gələcəyini dedi.
 
Həmin vaxt Rəqsanə cücələr üçün yem bişirirdi. Söhbət edə-edə evin arxa tərəfində olan həyətyanı sahəyə keçdik. Böyük qızı da bizim yanımızda idi. O, cücələrə yem verdiyi müddətdə bir qədər söhbət etdik. Söhbətimiz 5-10 dəqiqə çəkdi. Rəqsanə mənə arvadımın onun haqqında danışdığını bildirdi. Bu vaxt qızı yanımızdan evə getdi.
 
Bir qədər yaxınlaşdıq, aramızda bir-birimizə qarşı olan istəkdən danışdıq. Malik arxa tərəfdə olan setka cəpərdən keçərək bizə tərəf gəldi. Malikin gəlişini hiss etməmişdim. Çatdıqda mənə yumruq atdı. Kənara çəkildim, yumruq divara dəydi”.
 
Rasimin sözlərinə görə, Malik onun Rəqsanə ilə söhbət etdiyini görüb: “Bizi səhv başa düşdüyünü, qısqandığını, əlində bıçaq, küt əşya ola biləcəyini fikirləşdim, bir hadisə baş verməməsi üçün oradan uzaqlaşdım. Malik arxamca gəldi. Lakin mənə çata bilmədi və geri qayıtdı. Növbəti gün Malikin Rəqsanəni bıçaqladığını və daha sonra Rəqsanənin öldüyünü eşitdim”.
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
 
Malik 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(Teleqraf.com)
Oxşar xəbərlər
22:09, Bu gün
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
21:57, Bu gün
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
21:56, Bu gün
“Fransa qalib gələcək, amma...”
21:49, Bu gün
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
21:44, Bu gün
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
21:37, Bu gün
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
21:25, Bu gün
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:21, Bu gün
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
21:15, Bu gün
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
21:09, Bu gün
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
20:56, Bu gün
Qəbizliyi aradan qaldıran qidalar
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:10, Bu gün
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim