“İndi ermənilərin sərhədləri tanımaqdan başqa yolu yoxdur...”
3190
18 Nov 2021 | 12:04

“İndi ermənilərin sərhədləri tanımaqdan başqa yolu yoxdur...”

“Burda əsas problem odur ki, Rusiya, ABŞ və Avropa Birliyi Ermənistandan tələb edir ki, SSRİ dağılan zaman respublikalar arasında mövcud olan sərhədlər dövlət sərhədləri kimi tanınsın. Erməni tərəfi isə bunu tanımaq istəmir. Ona görə onları cəzalandırıb, təzyiq edirlər ki, sərhədləri tanısınlar. Əgər tanımırsansa, onda biz hara istəyirik, ora da gedirik”
 
Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib. Onun sözlərinə görə Azərbaycan-Ermənistan arasında 16 noyabrda baş verən atışmada Rusiya bizə qarşı olmayıb: 
 
“Yolları açmaq istəmirlər. Buna görə də hamı birləşib bir nöqtəyə vurur. Ermənistan Rusiyaya da, Amerikaya da müraciət edir ki, ona kömək etsinlər, amma kömək etmirlər. Çünki onlar da deyir ki, sən bunu etməlisən. Burda iki əsas məsələ var-onlardan biri sərhədlərin tanınması və digəri yolların açılmasıdır. Ermənilər isə deyir ki, biz sərhədləri tanısaq, onda Qarabağı itiririk. Tanımırlarsa, onda bu hadisələr baş verəcək və ardı da gələcək. Bütün bunlar faktiki olaraq Ermənistana təzyiqdir ki, beynəlxalq normalara uyğun olaraq qərar versin. Ermənistanın özündə də son vaxtlar əsas müzakirələr bunun üstündə gedir. Yəni bir qrup bunu istəyir, digər qrup isə yox. Paşinyanın istefasını tələb edən isə müxalifətdir və onlar da sərhədləri tanımaq istəmirlər. Paşinyan özü də deyir ki, mən bunu edərdim, amma mənim özümü də sıxırlar, təzyiq edirlər. İndi bütövlükdə proses gedəcək və hesab edirəm ki, ermənilərin sərhədləri tanımaqdan başqa yolu yoxdur. Yəni bu məsələdə Rusiya bizə qarşı deyil, əslində o maraqlıdır və bunu dəstəkləyir”. 
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər