Builki
Şou-biznes
76
18:20, Bu gün

Builki "Qremmi" mükafatının təqdimat tarixi açıqlandı

"Qremmi" mükafatının 69-cu təqdimat mərasimi 7 fevral 2027-ci ildə keçiriləcək.

Moderator.az-ın Snob.ru-ya istinadən xəbərinə görə, bu barədə "Disney" və Səsyazmalar Akademiyası Nyu-Yorkda öz məhsullarının təqdimatı zamanı məlumat veriblər.

Mərasim 50 ildən artıq bir müddətdə ilk dəfə olaraq CBS-də deyil, ABC-də, eləcə də "Disney+" və "Hulu"da yayımlanacaq. Bunun şərəfinə ABC və "Disney" böyük təbliğat kampaniyası hazırlayırlar.

"Qremmi" mükafatı ilk növbədə dünyanı hərəkətə gətirən musiqinin şərəfləndirilməsidir və bu məqam məhz bunun üzərində qurulub", - deyə akademiyanın baş direktoru Harvi Meyson öz müraciətində bildirib.

Müsabiqədə iştirak üçün 2025-ci il avqustun 31-dən 2026-cı il avqustun 28-dək buraxılan musiqi əsərlərinin qatılmasına icazə veriləcək. Namizədlər noyabrın 16-da elan olunacaqlar, final səsverməsi isə 2026-cı il dekabrın 10-dan 2027-ci il yanvarın 7-dək davam edəcək.

2026-cı il "Qremmi" təqdimetmə mərasimi fevralın 1-də baş tutub. "Bad Bunny" "Ən yaxşı albom", Billi Ayliş (Wildflower) "Ən yaxşı mahnı", Kendrik Lamar və SZA (Lüter) isə "Ən yaxşı səsyazma" nominasiyalarında mükafat alıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər