Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub - FOTO
Hərb
123
18:40, Bu gün

Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub - FOTO

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, ​HHQ-də keçirilən görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hərbi aviasiya və hava hücumundan müdafiə üzrə əməkdaşlıqların da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

​Qeyd edək ki, səfərin başlıca məqsədi hər iki ölkənin HHQ-ləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olubAzərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər