İranın yeraltı raket infrastrukturunun təxminən 90%-i tam və ya qismən işləkdir...-
Ekskluziv
196
07:37, Bu gün

İranın yeraltı raket infrastrukturunun təxminən 90%-i tam və ya qismən işləkdir...-"The New York Times"

İran Hörmüz boğazındakı əksər raket mərkəzlərinə və yeraltı hərbi komplekslərinə əməliyyat girişini bərpa etməyi bacarıb.
 
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, bu barədə "The New York Times" qəzeti bu ayın əvvəlində hazırlanmış məxfi kəşfiyyat qiymətləndirmələrinə əsaslanaraq məlumat yayıb.
 
ABŞ kəşfiyyatına görə, Tehran Hörmüz boğazı boyunca 33 raket mərkəzindən 30-nun fəaliyyətini bərpa edib. Bundan əlavə, İranın yeraltı raket infrastrukturunun təxminən 90%-i hazırda tam və ya qismən işlək hesab olunur.
 
Bu, Qərb mənbələrinə görə, bölgədəki son hücumlar və hərbi əməliyyatlar zamanı zədələnmiş buraxılış mərkəzlərinə, silah anbarlarına və yeraltı komplekslərə aiddir.
 
Sözügedən məlumatların dərcindən sonra ABŞ prezidenti Donald Tramp Amerika mediasını sərt tənqid edib. O, sosial mediada İranın uğurları ilə bağlı xəbərlərin yalan olduğunu və bunun Tehranın əlinə oynadığını bildirib.
 
"Saxta xəbərlərdə İranın bizə qarşı irəliləyiş əldə etdiyi barədə məlumat verilməsi, demək olar ki, xəyanətdir. Onlar düşmənə kömək edir və İrana yalan ümid verirlər", - Tramp belə yazıb.
 
Məqalənin Amerika mətbuatında dərc olunmasından sonra İsrail də məsələyə münasibət bildirib. "14-cü kanal"ın beynəlxalq şöbəsinin rəhbəri bildirib ki, ABŞ və İsrail kəşfiyyat agentlikləri baş verənlər barədə tam məlumata malikdirlər və hərbi əməliyyatlar yenidən başlasa, bundan istifadə edə biləcəklər.
 
"New York Times" qəzetinin məlumatına görə, Vaşinqton qlobal neft ticarəti üçün əsas marşrut olaraq qalan Hörmüz boğazında İran hərbi infrastrukturunun bərpasını yaxından izləməyə davam edir.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər