Ekskluziv
162
14:45, Bu gün

"Sivil boşanma": Ermənistan Rusiya ilə ayrılıq ərəfəsindədir" - "Deutsche Welle"

 
"Putinin mesajı İrəvanı seçim qarşısında qoyur..."
 
Rusiya prezidenti Vladimir Putinin Ermənistana təklif etdiyi "sivil boşanma" ifadəsi regionda ciddi rezonans doğurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Putinin mesajı İrəvanı seçim qarşısında qoyur
 
Nəşr yazır ki, Kreml rəhbəri faktiki olaraq İrəvanı seçim qarşısında qoyub: ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq, ya da Avropa İttifaqına (Aİ) inteqrasiya yolunu seçmək. Mayın 4-5-də İrəvanda keçirilən Avropa sammitlərindən sonra Kremlin ritorikasının sərtləşməsi diqqət çəkib.
 
Xüsusilə Avropa Siyasi Birliyinin sammitində Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı Moskvada narazılıq yaradıb. Rusiya XİN Ermənistanın Zelenskiyə platforma verməsini "qəbuledilməz" adlandırıb.
 
Putin isə mayın 9-da Ermənistana Aİ-yə üzvlüklə bağlı referendum keçirməyi təklif edib və "yumşaq, sivil və qarşılıqlı faydalı boşanma" variantından danışıb. O, eyni zamanda Ukraynanı misal göstərərək eyham vurub: "Hamımız görürük ki, Ukrayna ilə nə baş verir. Hər şey onun Aİ-yə daxil olmaq cəhdindən başladı".
 
İrəvan Moskva ilə məsafəni artırır
 
Rəsmi olaraq Ermənistan hələ də Aİİ, MDB və KTMT-nin üzvüdür. Lakin son illər İrəvan tədricən Rusiyadan uzaqlaşaraq Brüsselə yaxınlaşmağa çalışır. Ermənistan hakimiyyəti bunu "diversifikasiya", Moskva isə "geosiyasi dönüş" kimi qiymətləndirir.
 
Ermənistan artıq KTMT-də iştirakını dondurub. Buna səbəb kimi isə 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəd toqquşmaları zamanı təşkilatın İrəvana gözlənilən dəstəyi verməməsi göstərilir.
Baş nazir Nikol Paşinyan isə Moskvanın "boşanma" ritorikasını yumşaltmağa çalışıb. O bildirib ki, Ermənistan hazırda Aİİ ilə Aİ arasında seçim məsələsini gündəmə gətirmir və ölkə hələ də Avrasiya blokunun tamhüquqlu üzvüdür.
 
Müxalifət və iqtisadi risklər
 
Ermənistanda yaxınlaşan parlament seçkiləri fonunda mövzu daxili siyasətin əsas müzakirə predmetlərindən birinə çevrilib. Keçmiş prezident Robert Koçaryan hakimiyyətin Avropa ilə yaxınlaşmasını təhlükəli hesab edib və bildirib ki, Rusiyanın "səbr kasası daşa bilər". Müxalifət nümayəndələri hesab edir ki, Ermənistan iqtisadi baxımdan hələ də ciddi şəkildə Rusiyadan asılıdır. 
 
Statistikaya görə, 2018-ci ildən sonra Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi daha da artıb, Avropa bazarına ixrac isə azalıb. Xüsusilə enerji sahəsində asılılıq diqqət çəkir. Ermənistan qazın əsas hissəsini Rusiyadan alır və ölkədaxili paylanma da "Qazprom Ermənistan" tərəfindən həyata keçirilir.
 
Bununla belə, bəzi erməni iqtisadçılar vəziyyətin şişirdildiyini düşünürlər. İqtisadçı Ayk Gevorqyanın fikrincə, Ermənistan uzunmüddətli perspektivdə Avropa bazarlarına uyğunlaşa bilər və Aİİ üzvlüyü ölkəyə təkcə üstünlüklər deyil, müəyyən iqtisadi məhdudiyyətlər də yaradır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər