Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verib
Hadisə
111
18:50, Bu gün

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verib

Azərbaycanda saxlanılan beynəlxalq axtarışa verilmiş Hindistan vətəndaşı ölkəsinə təhvil verilib.

Bu barədə Moderator.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hindistan Respublikasının hüquq mühafizə orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 1993-cü il təvəllüdlü, Hindistan Respublikasının vətəndaşı Singh Prabhdeep Gurrajın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Belə ki, qeyd olunan şəxs ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında" 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər