“Onu ittifaqdan uzaqlaşdırmazlar, çünki Şəfiqə Məmmədovanı heç bir kişi ilə...” - Xalq artistindən ETİRAF
Ekskluziv
318
10:10, Bu gün

“Onu ittifaqdan uzaqlaşdırmazlar, çünki Şəfiqə Məmmədovanı heç bir kişi ilə...” - Xalq artistindən ETİRAF

“Şəfiqə xanım kino ittifaqına lazım olan şəxsdir. Bilirəm ki, onu oradan uzaqlaşdırmazlar. Şəfiqə Məmmədova kimi qadın aktrisa bizdə heç vaxt olmayıb, olmayacaq da. İşi də, fəaliyyəti də, statusu da göz önündədir. Məncə ittifaq üçün ondan yaxşı namizəd yoxdur. O həm də axı ittifaqın katibi olub. Əbdül Mahmudbəyov da Azərbaycan kinosu üçün çox yaxşı işlər görüb, amma mən Şəfiqə xanımı heç bir kişi ilə müqayisə edə bilmərəm. Şəfiqə xanım başqa xanımdır” .
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, rejissor Vasif Babayev deyib.
O daha sonra əlavə edib:
 
“Şeyx Əbdül çox yaxşı aktyor və sənətkardır. “7 oğul istərəm” filmində onun yaratdığı obraz bu gün də maraqla izlənilir. Hər aktyorun, rejissorun Azərbaycan kinematoqrafiyasında öz yeri var. Biz bunları inkar edə bilmərik. Tutaq ki, bir rejissor əla film, digəri nisbətən zəif film çəkir. Biz ekranda baxırıq da. Hamısı da lazımlı filmlərdir. Azərbaycanın bu gününü, sabahını və gələcəyini bütün dünyaya nümayiş etdirir”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər