Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb - FOTO
Siyasət
174
21:30, Bu gün

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Moderator.az xəbər verir ki, Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər. Görüşdə iki ölkə arasında siyasi dialoqun və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb.

Tərəflər həmçinin iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar sahələr və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə mövzusu olub.

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb - FOTO Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb - FOTO Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb - FOTO

21:04

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmmdə İshaq Dar BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən açıq debatları çərçivəsində enerji və mayeləşdirilmiş təbii qaz sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Müdafiə sahəsində tarixi əlaqələr və Pakistanın Baş naziri Şahbaz Şərif ilə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi nəticəsində yaranmış yüksək dinamika xüsusi qeyd olunub. Həmçinin güzəştli ticarət və tranzit ticarəti sazişləri çərçivəsinin optimallaşdırılması hesabına iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji və mayeləşdirilmiş təbii qaz sektorunda qarşılıqlı fəaliyyətin artırılması barədə razılıq əldə olunub", - məlumatda bildirilib.

Tərəflər həmçinin BMT Nizamnaməsinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyib, Qlobal Cənub ölkələrinin ədalətli beynəlxalq nizamın formalaşdırılmasında rolunun vacibliyini vurğulayıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər