Netanyahu təcili(?) xəstəxanaya yerləşdirildi...-
Ekskluziv
235
07:44, Bu gün

Netanyahu təcili(?) xəstəxanaya yerləşdirildi...-"Times off İsrael"

İsrail baş naziri Benyamin Netanyahu bazar ertəsi axşamı təcili olaraq Qüdsdəki "Hadassah Ein Kerem" tibb mərkəzinə aparılıb. Onun ofisindən bildirilib ki, baş nazir planlaşdırılmış diş müalicəsi alır.
 
Moderator.az "Times off İsrael" nəşrinə istinadla xəbər verir ki, baş nazirin ofisi bu açıqlamanı ibrani mediasının onun xəstəxanaya aparıldığını bildirməsindən sonra yayıb.
 
76 yaşlı hökumət başçısının səhhəti tibbi məlumatların ictimaiyyətdən gizlədilməsi ilə bağlı tənqidlərə səbəb olan bir neçə hadisədən sonra əsas diqqət mərkəzinə çevrilib. Bu hadisələr İsraildə bir çoxları arasında baş nazirin ümumi sağlamlığı ilə bağlı xeyli şayiələrə səbəb olub.

Ötən ay Netanyahu uzun bir sosial media paylaşımı ilə "Hadassah"da prostat vəzindəki bədxassəli şiş səbəbindən uğurlu radiasiya müalicəsi aldığını, lakin ictimaiyyəti məlumatlandırmağı təxirə saldığını və İranın bu məlumatdan İsrailə qarşı təbliğat aparmaq üçün istifadə edəcəyini iddia etdiyi açıqlama yaymışdı. O, diaqnozun nə vaxt qoyulduğunu, müalicəyə nə vaxt başladığını və ya müalicənin nə vaxt bitdiyini dəqiq göstərməmişdi.

Həmin vaxt Netanyahunun açıqlaması ilə yanaşı, onun illik sağlamlıq hesabatı, xərçəng diaqnozu və müalicəsi ilə bağlı əlavə sənəd də dərc olundu, Lakin hesabat yarım səhifəni əhatə edən beş qeyri-müəyyən bənddən ibarət idi və hansı ili əhatə etdiyi belə, deyilmirdi. Heç bir sənəddə xəstəxana loqosu və ya onların rəsmi tibbi bəyanatlar olduğuna dair hər hansı bir işarə yox idi...

Xəbərdə bildirildiyinə görə, Netanyahuya həmçinin 2023-cü ilin iyul ayında kardiostimulyator implantasiya edilib, 2024-cü ilin mart ayında qasıq yırtığı əməliyyatı və 2024-cü ilin dekabr ayında prostat vəzindəki şişin çıxarılması əməliyyatı keçirilib.

Netanyahuya kardiostimulyator qoşulduğu zaman ilkin məlumatlara görə, o, susuzlaşdırma monitorinqi üçün Ramat Gandakı "Şeba" tibb mərkəzində gecələyib. Lakin xəstəxananın baş nazirin dərialtı ürək monitorunun quraşdırıldığını açıqladıqdan sonra onun ümumi sağlamlığı ilə bağlı suallar yaranıb.

Həkimlər bir həftə sonra onun xəstəxanaya yerləşdirildiyi zaman elektrokardioqram testində pozuntular aşkar etdiklərini etiraf etsələr də, ictimaiyyəti baş nazirin ürəyinin "tamamilə normal" olduğuna əmin etmişdilər...

İran mənbələri Netanyahunun təcili(!) olaraq xəstəxanay yerləşdirildiyini bildirir.

Qeyd:

Fotoda: Baş nazir Benyamin Netanyahu Herzl dağında keçirilən mərasimdə başını tutub. 14 may 2026-cı il. "Yerusalem post" 

S.Laçın

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər