XİN: Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə sadiq qalır
Siyasət
145
22:20, Bu gün

XİN: Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə sadiq qalır

Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə, regional inkişaf və əməkdaşlıq üzrə ortaq məqsədlərimizin irəlilədilməsinə sadiq olaraq qalır.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Nyu-Yorka səfəri çərçivəsində qırğızıstanlı həmkarı Jeenbek Kulubayev ilə görüşündə qeyd olunub.

"Nazirlər Azərbaycan-Qırğızıstan gündəliyinin əsas aspektləri, o cümlədən ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrası, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər