İranda keçmiş MMA çempionu edam edildi
Dünya
154
21:20, Bu gün

İranda keçmiş MMA çempionu edam edildi

İranda qarışıq döyüş növləri (MMA) üzrə keçmiş çempion Qolamreza Hani Şekarab İsrailin kəşfiyyat xidməti "Mossad"la əməkdaşlıq və casusluq ittihamı ilə edam edilib.

Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, hökm ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.

34 yaşlı Qolamreza Hani Şekarab MMA üzrə keçmiş çempion, məşqçi və beynəlxalq referi olub. O, həbs olunmazdan əvvəl Türkiyədə yaşayıb və 2025-ci ildə İraqa səfəri zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər