Prezident üç nəfərə dövlət mükafatı verdi - SİYAHI
Siyasət
199
16:53, Bu gün

Prezident üç nəfərə dövlət mükafatı verdi - SİYAHI

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Moderator.az xəbər verir ki, Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilir:

Elm sahəsi üzrə

Asəf Hacı oğlu Hacıyev - "Çoxölçülü reqressiya analizi və süni intellekt" kitabına gör

Tarix Meyrut oğlu Dostiyev - Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə

Mədəniyyət sahəsi üzrə

Eldar Hidayət oğlu Mikayılzadə - "Azərbaycan xalçası - ilmələrin rəqsi", "Xəmsə" silsilələri və "Səmavi dinlər" triptixinə görə.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər