Siyasət
128
21:18, Bu gün

"Haber Global" Donald Trampın İlham Əliyevə təbrik məktubundan bəhs etdi - VİDEO

ABŞ Prezidenti Donald Tramp Azərbaycanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

Moderator.az xəbər verir ki, "Haber Qlobal"ın növbəti reportajında bu mövzuya toxunulub.

Videosüjetdə bildirilir ki, Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik mesajında ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında regional münasibətlər, iqtisadi əlaqələr və təhlükəsizlik əməkdaşlığı sahələrində tərəfdaşlığın dərinləşdirilməsindən bəhs edib.

Tramp məktubunda Azərbaycan xalqına təbriklərini və xoş arzularını çatdırıb.

ABŞ Prezidenti 2025-ci ilin avqustunda Ağ Evdə keçirilən tarixi Vaşinqton sammitini xatırladaraq, "o vaxtdan bəri münasibətlərimizi canlandırmaq üçün birlikdə çalışmışıq" deyib.

Tramp vitse-prezident Cey. Di. Vensin fevral ayında Bakıya səfərinin əhəmiyyətinə də toxunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər