Siyasət
210
19:00, Bu gün

"Haber Global": Türkiyə COP31-də Azərbaycanın təcrübəsindən yararlanacaq - VİDEO

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, Türkiyə COP31-ə hazırlıq prosesində Azərbaycanın təcrübəsindən istifadə etməyi planlaşdırır.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə nazir Bakıda keçirilən WUF13 çərçivəsində danışıb.

Telekanalın hazırladığı süjetdə qeyd olunur ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda Murad Kurum Türkiyə stendini də ziyarət edib.

Nazir çıxışında Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsinə diqqət çəkərək, COP31 hazırlığında bu təcrübədən yararlanacaqlarını bildirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər