21:43
17°C
Bakı
Rusiyalı məşhur bloqerlər Valeriya və Artem Çekalin (Lerçek) tikintisi başa çatmamış lüks malikanələrini 870 milyon rubla (təqribən 21 milyon manat) sata biliblər.
Moderator.az xəbər verir ki, bu barədə məlumat "Telegram" kanallarında yayılıb.
Vurğulanır ki, sözügedən alqı-satqı müqaviləsi ancaq Lerçekin 175 milyon rubl (təxminən 4.2 milyon manat) dəyərindəki vergi borcunu tam bağlamasından sonra reallaşıb. Çünki borc ödənilənə qədər məhkəmə qərarı ilə bloqer cütlüyünün hər hansı bir əmlak alqı-satqısı və ya transferi həyata keçirməsinə qəti qadağa qoyulmuşdu.