“Putinin dabana tüpürüb Çinə getməsinin əsas səbəbi Trampla Cinpinin  bağladığı gizli sazişlərdir...”
Ekskluziv
349
18:08, Bu gün

“Putinin dabana tüpürüb Çinə getməsinin əsas səbəbi Trampla Cinpinin  bağladığı gizli sazişlərdir...”

“Əgər  fərziyyələrimiz doğrudursa, onda Çin İran və Rusiyanın ona bağlı maraqlarını öz  maraqları xətrinə müəyyən sahələrdə ABŞ-a güzəştə gedə bilər...” 
 
“Sual olunur: Çinlə -ABŞ bir-biri üçün hansı güzəştlərə gediblər ki, indi ikincisi rahatlıqla Hömüzü keçir. Bizə elə gəlir ki, Hörmüzdən Çin gəmilərinin keçməsinə gizli razılaşmaların nəticəsi kimi baxılmalıdır...”
 
“Çin gəmilərinin rahatca  Hörmüzə girməsi, özünə lazım olan nefti və qazı  bölgədən çıxarması, hər şeydən əvvəl ondan xəbər verir ki, bu ancaq  ABŞ-la Çin rəhbərlərinin gizli razılığı əsasında ola bilər. 
ABŞ-ın İrana qarşı hava əməliyyatları keçirməyin qarşısını alan silahlar Çinin ikinciyə verdikləri havadan müdafiə raketləri idi. İran bu raketlərlə toqquşmaların son günlərində bir-birinin ardınca ABŞ-ın “Stels” təyyarələrini vurmağa başladı.  Faktiki olaraq bu raketlər İranın ABŞ və İsrail tərəfindən havadan bombalanmasının qarşısını aldı.  Bundan sonra ABŞ pilotlarının İranın sərhədini keçib, oranı bombalamağa cürətləri  çatmadı.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Bu günlər Çinin yanacaq daşıyan  gəmilərinin ABŞ blokadasını yarıb Fars körfəzinə keçməsi haqdakı xəbərlər analitiklərin ciddi təhlilinə səbəb olub. ABŞ tərəfindən Hörmüz boğazının blokadasının məqsədi istənilən ölkə gəmilərinin keçməsinin qarşısını almaqdırsa, onda nə üçün Çinin gəmiləri rahatlıqla keçməyə başlayıb?” sualını cavablandırarkən siyasi analitik Tahir Cəfərli səsləndirib.
 
 
“Donald Trampla Si Cinpin danışıqlarının bir mövzusu da Çinin İrana verdiyi raketləri daha verməməsi ilə bağlı ola bilər. Yadınıza geo-siyasətin aksiomasınız salıram:  sülh siyasəti iki dövlət arasında  ticarətdir. Sülh istəyirsənsə, müəyyən məsələlərdə güzəştə getməyi bacarmalısan. 
 
Sual olunur: Çinlə -ABŞ bir-biri üçün hansı güzəştlərə gediblər ki, indi ikincisi rahatlıqla Hömüzü keçir Bizə elə gəlir ki, Hörmüzdən Çin gəmilərinin keçməsinə gizli razılaşmaların nəticəsi kimi baxılmalıdır. Digər tərəfdən, Tayvan adası ilə bağlı Çinin iddiaları da gündəmə gələ bilər. ABŞ-ın Hörmüzə burnunu soxması Çin üçün presedentdir, yəni ABŞ və İsrailin beynəlxalq qanunları pozaraq müstəqil dövlətə qarşı müharibə aparması presedentidir. Bundan istifadə edib, Çin Tayvana girə bilər və yaxud onu blokadada saxlayar.   Çin bu adanı işğal etsə və yaxud Hörmüz presedenti kimi blokadada saxlasaydı, ABŞ onun qarşısına heç bir arqument qoya bilməzi. Tramın ayaq açıb Çinə gəlməsi  elə bununla bağlıdır. Çünki Çin adanı blokadaya alsa,  ABŞ-ın elektron  sənayesinə ciddi zərbələr dəyə bilərdi. Tayvan adasından ABŞ-a  elektron sənayesinin və HSK-ya lazım olan çiplərin çoxu ixrac olunur. Tayvanın blokadası ABŞ-n dünya iqtisadiyyatına vurduğu zərərə bərabər olardı”, - deyə davamında həmsöhbətimiz bildirib. 
 
Trampın Çin səfərinin arxasında iki dövlətin arasında olan iqtisadi və siyasi məsələlərin həllinin dayanmasını vurğulayan siyasi şərhçi belə deyib: 
 
“Bizə elə gəlir ki, danışıqlarda Tayvan məsələsi ilk növbədə dayanıb. Odur ki, ABŞ nümayəndə heyəti arasında süni intellektlə məşğul olan biznesmenlər və nazirlər vardı. ABŞ-n Hörmüzü blokadaya salması Çinin də Tayvanın blokadasının uzun müddətliyinə gətirib çıxara bilər. Belə  ki, bu iki ölkə öz aralarında gizli razılıqlara gələ bilərlər. Əgər  fərziyyələrimiz doğrudursa, onda Çin İran və Rusiyanın ona bağlı maraqlarını öz  maraqları xətrinə müəyyən sahələrdə ABŞ-a güzəştə gedə bilər. Bizə elə gəlir ki,  Rusiya lideri Putinin  dabana tüpürüb tezcə Çinə getməsinin əsas səbəbi də məhz Trampla Si Cinpinin bağladığı gizli sazişlərdir...”
 
“Tramp- Si Cinpin danışıqlarında  Cənubi Qafqazla da bağlı geo-siyasi məsələlər ola bilərdimi?” sualını isə Tahir Cəfərli bu cür cavablandırıb:  
 
“Təbii ki, Cənubi Qafqazdan keçən tranzitlərin dayanması Çinin iqtisadi marağında deyil. Çünki bu ölkə Qazaxıstan vasitəsi ilə yüklərini və mallarını Şimal-Cənub, Orta dəhliz vasitəsi ilə Qərbə Türkiyəyə və İrana göndərə bilir. Böyük ehtimalla deyə bilərik ki, yanacağın qiymətini Hörmüzün blokadası vasitəsi ilə saxlayan və ona rəqib olan ölkələrin iqtisadiyyatını heçə endirən və  İranla müharibə şəraitində  olan ABŞ istəməz ki, tranzitlər işləsin. Ümumilikdə ABŞ-ın bu geo-siyasi mövqeyi onun birbaşa xarici siyasətinin bünövrəsini təşkil edir. Tranzit yollarında maneələr yaratmaqla ABŞ öz rəqibi Avropa İttifaqına qarşı təzyiqləri gücləndirmək məqsədi güdür...”
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər