İdman
146
20:40, Bu gün

"İnter" "Barselona"nın futbolçusu Ronald Arauxonu heyətinə qatmaq istəyir

İspaniyanın "Barselona" klubunun müdafiəçisi Ronald Arauxo karyerasını İtaliyada davam etdirə bilər.

Moderator.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "İnter" yay "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək üçün uruqvaylı futbolçunun transfer variantını nəzərdən keçirir.

Məlumata əsasən, Milan təmsilçisi Ronald Arauxonu sıralarına cəlb etmək üçün hazırkı futbolçusu Alessandro Bastonini qarşı tərəfə təklif edə bilər.

Arauxo cari mövsüm "Barselona"nın heyətində La Liqada 23 oyuna çıxaraq 3 qol vurub. Müdafiəçi UEFA Çempionlar Liqasında isə 10 matçda forma geyinib.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər