Buxarestdə Heydər Əliyevin xatirəsi anılıb
Siyasət
221
20:09, Bu gün

Buxarestdə Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Rumıniyadakı Azərbaycan icmasının üzvləri - o cümlədən mütəxəssislər, tələbələr və diplomatlar uzaqgörən liderin abidəsi önündə ehtiramlarını bildirmək üçün Buxarestdəki "Tei" parkında toplaşıblar.
 
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyi məlumat yayıb.
 
"Əbədi irsi həm ölkə daxilində, həm də xaricdə azərbaycanlıları ruhlandırmaqda davam edən müasir, müstəqil və suveren Azərbaycanın memarının xatirəsini dərin ehtiramla yad edirik", - paylaşımda bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər