İranın zənginləşdirilmiş uranı ölkədən çıxarılmayınca müharibə bitməyəcək
Dünya
153
20:40, Bu gün

İranın zənginləşdirilmiş uranı ölkədən çıxarılmayınca müharibə bitməyəcək

İsrailin Baş naziri Benjamin Netanyahu İranla qarşıdurmanın tam başa çatması üçün Tehranın nüvə proqramı ilə bağlı ciddi addımlar atmalı olduğunu bildirib.
 
O, CBS News telekanalına müsahibəsində qeyd edib ki, İranın uran zənginləşdirmə obyektləri sökülməli, yüksək səviyyədə zənginləşdirilmiş uran isə ölkə ərazisindən çıxarılmalıdır.
 
"Biz İranın nüvə imkanlarının, həmçinin regiondakı proksi qüvvələrinin və raket istehsalı potensialının böyük hissəsini zəiflətmişik. Lakin bu imkanlar tam aradan qalxmayıb və görüləcək işlər hələ qalır", – deyə Netanyahu vurğulayıb.
 
İsrail Baş naziri İranın nüvə materialları ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə hansı addımların atılacağı barədə detallı açıqlama verməyib.
 
"Mən bununla bağlı konkret vaxt çərçivəsi açıqlamayacağam. Sadəcə deyə bilərəm ki, bu, son dərəcə vacib missiyadır", – deyə o əlavə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər