Ekskluziv
322
21:11, Bu gün

"Şröder variantı": Putin Ukrayna danışıqları üçün keçmiş Almaniya kanslerini istəyir" - "Deutsche Welle"

"Moskva Rusiyaya qarşı "pis sözlər işlətməyən" vasitəçi tələb edir, Berlin isə bu təşəbbüsü "hibrid manevr" sayır..."
 
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı mümkün danışıqlarda Avropa İttifaqını (Aİ) Almaniyanın keçmiş kansleri Gerhard Şröderin təmsil etməsini istədiyini bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Kreml Şröderi önə çıxardı
 
Kreml rəhbəri 9 mayda jurnalistlərlə görüşündə qeyd edib ki, onun üçün Aİ tərəfindən "ən üstün namizəd" uzun illərdir yaxın münasibətdə olduğu Şröderdir. Putin bildirib ki, Moskva dialoqa açıqdır, lakin Avropa Rusiyaya qarşı "təhqiramiz ifadələr işlətməyən" nümayəndə seçməlidir. Halbuki Kreml rəhbəri son illərdə Avropa siyasətçiləri və dövlətləri barədə dəfələrlə sərt açıqlamalar verib.
 
Putin həmçinin Vladimir Zelenski ilə görüşdən imtina etmədiyini deyib. Onun sözlərinə görə, belə təmas yalnız "uzunmüddətli perspektiv üçün yekun razılaşmalar əldə olunarsa" mümkündür. Kremlin rəhbəri əlavə edib ki, Slovakiyanın baş naziri Robert Fitso Moskvadakı görüş zamanı Zelenskinin liderlər səviyyəsində görüşə hazır olduğunu çatdırıb.
 
Berlindən sərt reaksiya
 
Almaniyada Putinin təklifi ciddi dəstək qazanmayıb. Berlin hökumətinə yaxın mənbələr Kremlin bəyanatını Rusiyanın növbəti "hibrid strategiyası" adlandıraraq bildiriblər ki, Almaniya və Avropa bu cür təşəbbüslərlə parçalanmağa imkan verməyəcək.
 
Hakim koalisiyadakı bəzi siyasətçilər Putinin təklifini "şəffaf manevr" adlandıraraq vurğulayıblar ki, vasitəçi sadəcə Putinin dostu deyil, Ukrayna tərəfindən də qəbul olunan şəxs olmalıdır. Müxalif "Yaşıllar" Partiyası isə təşəbbüsü "absurd" adlandırıb və müharibənin məsuliyyətinin birbaşa Kremlin üzərində olduğunu bildirib.
 
Şröderin Rusiya əlaqələri
 
Şröderin adı Putin üçün təsadüfi seçim sayılmır. Keçmiş kansler sonradan "Şimal axını" və "Rosneft" kimi iri Rusiya layihələrində çalışıb. Alman mediası onu uzun illərdir Kremlin maraqlarını müdafiə edən siyasətçi kimi xarakterizə edir.
 
Bu arada Almaniya kansleri Fridrix Merts Slovakiya baş naziri Robert Fitsonun 9 may tədbirləri üçün Moskvaya səfərini də tənqid edib. Hazırda isə Moskva ilə Kiyev arasında rəsmi danışıqlar aparılmır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər