“Fikir azadlığı olmadan heç bir ölkə səmərəli inkişafa və gələcəyə ümid edə bilməz”
Siyasət
1384
19 Nov 2021 | 09:33

“Fikir azadlığı olmadan heç bir ölkə səmərəli inkişafa və gələcəyə ümid edə bilməz”

Fikir azadlığı olmadan heç bir ölkə səmərəli inkişafa, rəqabətədavamlılığa və gələcəyə ümid edə bilməz
 
Rusiyanın avtoritar lideri Vladimir Putin “Moskva. Kreml. Putin” proqramında Pavel Zarubinə müsahibəssində fikir azadlığı ilə bağlı mövqeyini açıqlayıb: “Fikir azadlığı olmadan heç bir ölkə səmərəli inkişafa, rəqabətədavamlılığa və gələcəyə ümid edə bilməz”.
 
Bu, Rusiyada fikir azadlığını məhv etmiş diktatorun mövqeyidir. Görünür, Putinin fikir azadlığı ilə bağlı düşüncəsi fərqlidir. Əks halda “Fikir azadlığı olmadan heç bir ölkə səmərəli inkişafa, rəqabətədavamlılığa və gələcəyə ümid edə bilməz”-deyən lider ölkəsində fikir azadlığın məhv etməzdi. Rusiyanın həbsxanalarında yüzlərlə şəxs fikirin azad ifadə etdiyi üçün həbsdədir. On minlərlə insan fərqli fikirlərinə görə həbs təhlükəsi qarşısında vətəni tərk edib. 
 
Putin bir neçə ay öncə də insan hüquq və azadlıqlarını ən yüksək dəyər adlandırmışdı. Ancaq Putinin yaratdığı avtoritar rejimin nəticəsi olaraq Rusiyada insan hüquq və azadlıqlarının səviyyəsinin bədəvi ərəblərin qəbilə dövlətləri ilə eyni səviyyədədir. 
 
Putinin bu fikirləri hansı məqsədlə dilə gətirdiyini söyləmək mümkün olmasa da, diktatorun sözlərinin isbata ehtiyacı olmadığını tam əminliklə söyləyə bilərik. 
 
Həqiqətən insan hüquq və azadlıqlarını ən yüksək dəyərdir. Fikir azadlığı olmadan heç bir ölkə səmərəli inkişafa, rəqabətədavamlılığa və gələcəyə ümid edə bilməz.
 
Xəqani Cəfərli, Politoloq
Link kopyalandı!
Son xəbərlər