Ağdamda hərbi sursat zərərsizləşdirildi
539
27 Dec 2022 | 13:44

Ağdamda hərbi sursat zərərsizləşdirildi

Ağdamda ard-arda iki partlayış səsi eşidilib. 

Bizim.Media xəbər verir ki, ANAMA rayon ərazisində növbəti mina və partlamamış döyüş sursatlarını partlayış yolu ilə zərərsizləşdirib. 

Ard-arda baş verən iki partlayış ətraf yaşayış məntəqələrindən aydın eşidilib. Həmçinin zərbə dalğasının güclü olması evlərdə titrəşim hiss etdirib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər