İran Oman körfəzində
Dünya
68
23:01, Bu gün

İran Oman körfəzində "üzən arsenal"ı ələ keçirib

Özəl mühafizə şirkətləri tərəfindən Oman körfəzində özünəməxsus "üzən arsenal" kimi istifadə olunan gəmi İranın Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilərək İranın ərazi sularına doğru istiqamətləndirilib.

Moderator.az xəbər verir ki, bu barədə BBC telekanalı dəniz risklərinin idarə edilməsi üzrə ixtisaslaşan "Vanguard" şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Honduras bayrağı altında üzən "Hui Chuan" gəmisindən gedir. Qeyd olunub ki, gəmi operatorları onu ticarət gəmilərini dəniz quldurlarından qoruyan şirkətlər üçün sursat və hərbi avadanlıq anbarı kimi istifadə etdiklərini təsdiqləyiblər.

İranlılar tərəfindən tutulan gəminin göyərtəsində kimlərin və nələrin olduğu barədə hələlik heç bir məlumat verilmir. Buna baxmayaraq, məlumdur ki, bu cür üzən arsenallardan daha çox Qırmızı dənizdə, həmçinin Ədən və Oman körfəzlərində geniş istifadə olunur. "Hui Chuan" kimi gəmilər silah və avadanlıqların saxlanması xidmətləri ilə yanaşı, növbə dəyişimi zamanı özəl mühafizə şirkətlərinin əməkdaşları üçün sığınacaq da təklif edir.

"Vanguard" şirkəti qeyd edir ki, gəminin ələ keçirilməsi Oman sahillərində Hindistan bayrağı altında üzən "Haji Ali" ticarət gəmisinin hücuma məruz qalaraq batmasından qısa müddət sonra baş verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər