Sürücülərə xəbərdarlıq - Bu yolda hərəkət məhdudlaşdırıldı - FOTO
Cəmiyyət
1389
08 Feb 2026 | 10:20

Sürücülərə xəbərdarlıq - Bu yolda hərəkət məhdudlaşdırıldı - FOTO

Hazırda Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır.

Bu barədə Moderator.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib:

"Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir".

Sürücülərə xəbərdarlıq: Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər