İtaliyanın müdafiə naziri Azərbaycana gəldi - FOTO
Hərb
1434
24 Sep 2024 | 11:29

İtaliyanın müdafiə naziri Azərbaycana gəldi - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.
 
Müdafiə Nazirliyindən Moderator.az-a verilən məlumata görə, İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.
 
İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.
 
İtaliyanın müdafiə naziri Azərbaycana gəldi - FOTO
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər