Ukrayna atəşkəsi 16 mindən çox pozub
Dünya
107
22:15, Bu gün

Ukrayna atəşkəsi 16 mindən çox pozub

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun 9 May – Qələbə Günü münasibətilə elan olunan müvəqqəti atəşkəsi minlərlə dəfə pozduğunu açıqlayıb.
 
Nazirliyin yaydığı məlumata görə, Vladimir Putinin qərarı ilə mayın 8-i saat 00:00-dan qüvvəyə minən atəşkəs rejiminə Rusiya ordusu əməl edib və mövqelərində qalıb.
 
Açıqlamada bildirilir ki, Ukrayna Silahlı Qüvvələri buna baxmayaraq pilotsuz uçuş aparatları, artilleriya, minaatan və tanklardan istifadə edərək hücumlar həyata keçirib.
 
Rusiya tərəfinin iddiasına görə, son 24 saat ərzində Ukrayna ordusu Rusiya mövqelərinə 676 artilleriya və raket hücumu, həmçinin 6 331 PUA hücumu təşkil edib. Ümumilikdə isə 16 min 71 atəşkəs pozuntusu qeydə alınıb.
 
Nazirlik qeyd edib ki, Rusiya ordusu cavab tədbirləri çərçivəsində Ukraynaya məxsus pilotsuz aparatların idarəetmə məntəqələrini hədəfə alıb.
 
Xatırladaq ki, daha əvvəl Donald Trump Rusiya və Ukrayna arasında 9-11 may tarixlərini əhatə edən üç günlük müvəqqəti atəşkəs əldə olunduğunu açıqlamışdı. Onun sözlərinə görə, razılaşma bütün hərbi əməliyyatların dayandırılması və hər iki tərəfdən 1000 hərbi əsirin mübadiləsini nəzərdə tutur.
 
Həm Rusiya, həm də Ukrayna həmin təşəbbüsü qəbul etdiklərini bəyan etmişdilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər