Bizi sosial şəbəkələrdən izləyin:
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində bizim gördüyümüz işlər dünyanın ən gözəl arxitekturası ilə seçiləcək.
Moderator.az xəbər verir ki, bu fikirləri "Report"un Xankəndinə ezam olunan əməkdaşına şəhərin Kərkicahan qəsəbə sakini Təranə Şahmuradova deyib.
"Bu gün çox xoşbəxt günlər yaşayırıq. Mən Xankəndi şəhəri Kərkicahan qəsəbə sakiniyəm. Artıq doğma ocağımıza dönmüşəm. Bu gün Xankəndində Ümumdünya Şəhərsalma Forumunun keçirilməsini qürurla qeyd edirik. Tədbirin məhz burada keçirilməsi bizim üçün ona görə əhəmiyyətlidir ki, bir vaxtlar məhv edilən şəhər və kəndlərimiz gözümüzün qarşısında pillə-pillə, kərpic-kərpic tikilir və yenidən dirçəlir. Bu gün Qarabağımızın hər bir qarışında inkişaf davam edir, inanıram ki, torpaqlarımızda dövlətimizin apardığı quruculuq işləri, ən gözəl səviyyədə həyata keçiriləcək və ümumdünya şəhərsalma forumu çərçivəsində bizim gördüyümüz işlər dünyanın ən gözəl arxitekturası ilə seçiləcək", - o deyib.