Azərbaycanın voleybol millisi Avstriyaya yollanıb
İdman
1460
16 Aug 2024 | 10:05

Azərbaycanın voleybol millisi Avstriyaya yollanıb

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.
 
 Azərbaycan Voleybol Fedrasiyasının mətbuat xidmətindən verilən xəbərə əsasən   B qrupunda yer alan komanda ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək.
 
Təsnifat mərhələsindəki növbəti oyun isə avqustun 24-də Bakıda Belçika millisinə qarşı olacaq.
 
Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edəcək komandanın heyətində 14 voleybolçu yer alıb.
 
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou, Vüsal Rüstəmov
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli
 
Qeyd edək ki, Avstriya ilə görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Link kopyalandı!
Son xəbərlər