Bakıda qadının intihara cəhdinin görüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Qadın tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq özünü oradan atmaq istəyib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılan psixoloji söhbətlər nəticəsində qadın fikrindən daşınıb. View this post on Instagram A post shared by Oxu.Az (@oxuaz)