Erməni keşişlər Laçındakı qanunsuz kilsələrində növbəti
Qarabağ
6266
18 Nov 2021 | 11:00

Erməni keşişlər Laçındakı qanunsuz kilsələrində növbəti "ali ibadət" mərasimi keçirdi...-FOTO

Bundan sonra Laçındakı kilsədə ayda bir dəfə belə ayin icra edilməsi qərara alınıb...
 
Noyabrın 15-də  Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq  Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarəti altında qalan Laçın şəhərindəki   “Tanrının yüksəlişi” kilsəsində “ata” Benjamin Saturyanın rəhbərliyi ilə  xristianların ail ibadət ayini sayılan “ilahi” liturgiya mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin keçmiş Dağlıq Qarabağın, eləcə də Laçın, Kəlbəcər, Ağdam, Tərtər rayonlarının bir hissəsində faktiki fəaliyyət göstərən “Artsax Yeparxiyası”nın mətbuat xidməti məlumat yayıb.  
 
Məlumata görə, “müqəddəs” mərasimdə hazırda Laçında qanunsuz olaraq sülənən haylar, o cümlədən qondarma “Kaşataq rayonu”nun qeyri-qanuni “administrasiyası”nın rəhbəri Muşeq Alaverdyan və Laçın şəhərinin qanunsuz “mer”i Narek Aleksanyan iştirak ediblər.
 
O da bildirilib ki, bu, 2020-ci ildəki 44 günlük  müharibədən sonra Laçındakı erməni kilsəsində keçirilən ikinci belə ayindir.  Hay keşişləri  “müqəddəs” liturgiyadan sonra Laçın rayonunun  ermənilərin qanunsuz süləndiyi digər məntəqəsində - “Aqavno” adlandırdıqları Zabux kəndindəki   “müqəddəs şəhidlər” kilsəsində də növbəti vəftiz – xaç suyuna çəkilmə mərasimi icra  ediblər...
 
Hayların Xankəndindəki dini qurumundan o da əlavə edilib ki, bundan sonra Laçındakı kilsədə ayda bir dəfə belə ayin keçiriləcək...
Xatırladaq ki, faktiki olaraq 30 ilə yaxındır işğal altında qalan Laçın şəhərində erməni kilsəsi qanunsuz olaraq 1996-1998-ci illərdə tikilib. Kilsənin həyətində qondarma “1915-ci il erməni “soyqırımı”na və 1988-ci il Spitak zəlzələsi qurbanlarına abidələr qoyulub, xaçkarlar qurulub...
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər