“Rusiyanın 102-ci bazası döyüşdə Ermənistana dəstək verməyə çalışdı, lakin Paşinyan…”
Siyasət
14727
17 Nov 2021 | 10:36

“Rusiyanın 102-ci bazası döyüşdə Ermənistana dəstək verməyə çalışdı, lakin Paşinyan…”

"Rusiya tərəfi Ermənistan hakimiyyətinin ikili mövqeyinə məəttəl qalıb..."
 
Dünən Azərbaycan-Ermənistan sərhədində baş verən qızğın döyüşlərin gedişi zamanı  Paşinyan hökuməti 102-ci Rusiya bazasının köməyindən imtina edib.
 
Moderator.az xəbər verir ki,  LiveNews.am-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatına əsaslanaraq xüsusi birləşmənin köməyi ilə vəziyyətin həllinə töhfə verməyə hazır olduğunu bildirib.
 
“Lakin Ermənistan tərəfi hələlik Rusiyadan rəsmi təklif alınmadığını əsas gətirərək naməlum səbəbdən bu dəstəkdən imtina edib. Rusiya tərəfi Ermənistan hakimiyyətinin ikili mövqeyinə məəttəl qalıb"–erməni saytı belə yazır.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər