"Azərbaycan teatrı Mirzə Fətəlinin ölməz komediyaları zəminində yaranıb"
Oxunub: 1285
12 Jul 2020 | 23:08
Bugün Azərbaycanda (ümumən Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında) dramaturgiyanın və Azərbaycan ədəbi tənqidinin banisi, yazıçı, şair, maarifçi, filosof, ictimai xadim,
“müsəlman Şərqinin Molyeri”, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən Mirzə Fətəli Axundovun doğum günüdür.

Mirzə Fətəli Axundov (Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə); 12.07.1812, Nuxa (Şəki) – 10.03.1878, Tiflis) – 1814-cü ildə atası və anası ilə birgə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə ( atası Mirzə Məmmədtağı əslən Xamnəli, anası Nanə xanım isə Şəkili idi) köçüb. ( Atası xırda ticarətlə məşğul idi, ticarətində çətinlik yarandığı üçün xanımı və 2 yaşlı oğlunu götürüb, Xamnəyə qayıtmağı üstün tutub). Burada, ailə münaqişəsi yaşayan Nanə xanım, dörd il sonra ərindən ayrılıb, Fətəli ilə Güney Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlib, onun himayəsində yaşayıb. 13 yaşınadək ailəsi ilə birlikdə Güney Azərbaycanın müxtəlif bölgələrində yaşayan Mirzə Fətəli özkeçmişində yazırdı: “Mən bu tarixdən (1818) etibarən atamdan ayrılıb, bir daha onu görmədim... Bir ildən sonra – Axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı... Bu Axund Ələsgər fazil bir şəxs olub, bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum.”
Məkkə ziyarərinə gedən Hacı Ələsgər, Fətəlini məntiq və şəriət qanunlarını öyrənmək üçün Gən-cəyə aparıb, Molla Hüseyn adlı axunda tapşırır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan gənc Fətəli, məntiq və fiqh elmlərini, xəttatlıq sənətini öyrənir; lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. – Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir; beləliklə, o, müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb, dövlət qulluğuna girməyi qərara alır.
Səfərdən qayıdan Axund Hacı Ələsgər onun niyyətini bildikdə, Tiflisə gətirib, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində tərcüməçi şagirdi vəzifəsinə təyin etdirib. Burada o, rus dilini də mükəmməl öyrənib, işində bacarıq və səy göstərərək, mütərcim vəzifəsinə keçirilib. Ömrünün sonunadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli, o dövr Rusiyasının, Osmanlı və İran dövlətlərinin orden və medallarına layiq görülüb; 1873-cü ildə polkovnik hərbi rütbəsi alıb.
Mirzə Fətəli bir neçə il Tiflis qəza məktəbində dərs deyib, sonra öz xahişi ilə işdən azad olunaraq, yerini müəllimi Mirzə Şəfiyə verib. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləyib. Dövlət qulluğu ilə bağlı nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli, Güney Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olub, gələcək əsər¬ləri üçün material toplayıb.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov, sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunub. O, “Əkinçi” qəzetinin nəşrinə böyük önəm verib, onun səhifələrində “Vəkili-Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib.
Mirzə Fətəlinin realist sənətkar kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olub.
Onun 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir.
O dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti Mirzə Fətəlinin ədəbi taleyində böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q.Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, işbirliyi onun dünyagörüşünün dərinləşməsinə, yeni üfüqlər qazanmasına, ədəbi yaradıcılığına, ümumən yaradıcılığına müsbət təsir göstərib. O, bu mühitdə davamlı şəkildə mütaliə ilə də məşğul olub, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənib. Rus Dram Teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları Mirzə Fətəlidə dramaturgiyaya, teatra böyük maraq oyadıb. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib, 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoyub. Həmin komediyalar müəllifin öz çevirməsində rus dilində “Kafkaz” qəzetində çap olunub.
Dramaturq kimi şöhrətlənən Mirzə Fətəlinin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulub, rəğbətlə qarşılanıb.
M.F.Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olub. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın xanımının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə edib. Eləcə də, Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları ilə döyüşdə həlak olmasından sonra, onun həbs qoyulmuş mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olub.
Yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zənginliyi və çoxcəhətliliyi ilə seçilən Mirzə Fətəli, öz realist sənətkar kimliyi ilə ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərib.
Mirzə Fətəli bədii yaradıcılığa şeirlə başlayıb ( “Səbuhi” təxəllüsü ilə yazıb); 1837-ci ildə - 25 yaşında olarkən “Puşkinin ölümünə Şərq poeması”nı yazıb və dərhal da rus dilində “Moskovskiy nablyudatel” jurnalında çap etdirib. Bununla o, Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarıb, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirib…
O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin böyük nümayəndəsi olmaq etibarı ilə, İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların gərəkliliyi fikrini müdafiə edib.
1850-1855-ci illərdə özünün altı məşhur komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə, Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın örnəyini göstərib. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli dramaturgiyasının gələnəkləri işığında inkişaf edib.
Azərbaycan teatrı Mirzə Fətəlinin ölməz komediyaları zəminində yaranıb. 1873-cü ildə Həsən Bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur “Hacı Qara” əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoyub. Mirzə Fətəlinin komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX yüzildə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də məhz Mirzə Fətəlinin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarıb.
Böyük ədibin əsərləri yalnız Şərqdə deyil, Qərbdə də maraq doğurub. Onun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının, teatrşünaslarının diqqətini çox tez cəlb edib. 1852-ci ilin avqustunda alman jurnalı “Magazin für die Literatur des Auslandes” (“Xarici ədəbiyyat jurnalı”) yazırdı: “Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaq, lakin onların arasından qəflətən dramatik dahi meydana  - Tatar Molyeri çıxdı, onun adı ölkəsinin sınırlarından qıraqda da diqqətə layiqdir. – O, Mirzə Fətəli Axundovdur”.
M.F.Axundovun nəzəri-estetik fikirlərinin formalaşmasında, onun yaşadığı mühitin, tanış və ün-siyyətdə olduğu mütərəqqi aydınların, oxuduğu klassik və dünya ədəbiyyatı örnəklərinin çox bö-yük təsiri olduğu aydındır. Homer, Firdovsi, Nizami, Sədi, Cami, Şekspir, Puşkin və b. klassiklərin əsərlərini mükəmməl bilməsi, onun sənət və sənətkar haqqında estetik zövqünün formalaşmasında böyük rol oynayıb.
M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun “'Kəmalüd-dövlə məktubları” adlı fəlsəfi traktatında, eləcə də “Föhristi-kitab” (1859), “Nəzm və nəsr haqqında” (1859), “Tənqid risaləsi” (1860), “İranın yüksək millət qəzetəsi haqqında kritika” (1866), “Mirzə Ağanın pyesləri haqqında kritika” (1871) və b. bu kimi məqalələrində parlaq şəkildə görünür. – Bu əsərlərdə böyük mütəfəkkirin sənətdə realizm, tendensiya, bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və çağdaşlıq, tənqid və onun önəmi və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapıb.
Müraciət etdiyi yeni janrların nəzəri-estetik prinsiplərini də hazırlayan böyük mütəfəkkirin bütün ədəbi və nəzəri irsində ən başlıca meyar, sənətin, ədəbiyyatın gerçək həyatı nə dərəcədə əks etdirməsi, idraki və tərbiyəvi önəmi, xalqın yaşamı ilə birbaşa əlaqəsi ilə bağlıdır. Elm-təhsil vasitəsi ilə mədəniləşmək, xalqa məxsus elmi və ədəbi irsi mühafizə etməyi bacarmaq, tərəqqiyə mane olan hər şeyə qarşı amansız mübarizə aparmaq Mirzə Fətəlini daim düşündürən, qayğılandıran məsələlər olub. 
M.F.Axundovun pyesləri:
“Hekayəti Molla İbrahim-Xəlil
Kimyagər” (1850),
“Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” (1850),
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” (1850),
“Hekayəti Xırsi-Quldurbasan” (1851),
“Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara)” (1852),
“Mürafiə vəkillərinin hekayəti” (1855);
satirik povesti:
“Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)” (1857);
məqalələri:
“Fəhristi-kitab” (1859),
“Nəzm və nəsr haqqında” (1862),
“Tənqid risaləsi” (1862),
“Kəmalüddövlə məktubları” (1865);
Əsərləri əsasında çəkilmiş filmlər:
“Hacı Qara” (tammetrajlı bədii film),
“Dərviş Parisi partladır” (tammetrajlı bədii film),
“Aldanmış ulduzlar” (opera; bəstəkar: Məmməd Quliyev, libretto: Vidadi Paşayev),
“Hacı Qara” (tammetrajlı bədii film),
“Mürafiə vəkillərinin hekayəti” (film-tamaşa),
“İksir” (“Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” əsəri əsasında film);
Haqqında çəkilən filmlər:
“Böyük yazıçı-maarifçi” (qısametrajlı sənədli film),
“Səbuhi” (tammetrajlı bədii film),
“150 il. Mirzə Fətəli Axundov” (qısametrajlı sənədli film),
“Mirzə Fətəli Axundov” (qısametrajlı sənədli film),
“Sübhün səfiri” (tammetrajlı bədii film)…
Bütün həyatını xalqının tərəqqisinə həsr edən Mirzə Fətəli Axundov ağır xəstəlikdən sonra vəfat edib, öz vəsiyyətinə uyğun olaraq, müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında – köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi Botanika bağının ərazisində yerləşən “Görkəmli Azərbaycanlılar Panteonu”nda) dəfn olunub.
Azərbaycan Respublikasının ən böyük kitabxanası – Milli Kitabxana Mirzə Fətəli Axundovun adını daşıyır. Ölkəmizin bir çox şəhər və rayonunda mütəfəkkir ədibin adına küçələr, Ağcabədidə, Xaçmazda Axundovun adını daşıyan məktəblər var. 
Bakıdakı Axundov parkı məşhudur. Mirzə Fətəli Axundovun parkdakı heykəli 1930-cu ildə yara-dılıb. Heykəl müəllifin ( -sonralar SSRİ Dövlət mükafatına, Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş) – Xalq rəssamı Pinxos Sabsayın ilk böyük əsəridir.        
Bu, Axundovun təsviri incəsənətində ilk təsviridir, həmçinin Azərbaycanda ilk bürünc heykəldir.
RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...