Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.
Moderator.az xəbər verir ki, ilk gündə iki oyun baş tutacaq.
Günün ilk matçında “Karvan-Yevlax” “Qəbələ”ni qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunu Əli Əliyev idarə edəcək. Hazırda 14 xalla sonuncu pillədə olan “Karvan-Yevlax”ın ötən turdan elitanı tərk edəcəyi dəqiqləşib. “Qəbələ” isə 21 xalla 11-ci pillədə yer alır.
Günün digər oyunu “Araz-Naxçıvan”la “Kəpəz” arasında keçiriləcək. Hazırda Andrey Demçenkonun komandası 40 xalla 6-cı, Azər Bağırovun kollektivi isə 27 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXXII tur
15 may
17:00. “Karvan-Yevlax” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
Yevlax şəhər stadionu
19: 30. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
“SOCAR Polymer Arena”