Əvvəllər AYNA baxırdı, indi isə... — Bakı nəqliyyatında yeni dövr başlayır
Cəmiyyət
80
08:52, Bu gün

Əvvəllər AYNA baxırdı, indi isə... — Bakı nəqliyyatında yeni dövr başlayır

“BakuBus”, “Bakı Taksi Xidməti” və “Bakı Metropoliteni”nin inteqrasiyası şəhərdaxili nəqliyyat sistemində yeni idarəetmə modelinin formalaşdırılması baxımından aktuallıq kəsb edir. Bu yanaşma müxtəlif nəqliyyat növlərinin vahid sistem çərçivəsində əlaqələndirilməsini nəzərdə tutur. Şəhər daxilində sərnişin axınlarının daha sistemli şəkildə təşkil olunması planlaşdırılır. Nəqliyyat vasitələri arasında funksional bölgünün yenidən qurulması gündəmdədir. Bu proses ümumi nəqliyyat strukturunun yenidən tənzimlənməsi ilə bağlıdır.
 
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, Bakı Taksi və Bakubus xidmətlərinin vahid, funksional sistemdə birləşdirilməsi uzun illərdir bir çox ölkələrin nəqliyyat təcrübəsində tətbiq olunan modelə uyğundur:
 
"Bu yanaşmaya görə, ictimai nəqliyyat ayrı-ayrı strukturlar deyil, ümumi bir sistem çərçivəsində koordinasiya olunur və şəhər mobilliyi daha səmərəli şəkildə idarə edilir.
Bu modeldə marşrut şəbəkəsi kompleks şəkildə tənzimlənir. Hansı ərazilərdə ictimai nəqliyyat çatışmazlığı varsa, həmin zonalara əlavə marşrut xətləri daxil edilir. Eyni zamanda, mövcud marşrutların sıx olduğu və ya tələbatın yüksək olduğu ərazilərdə isə xidmətin optimallaşdırılması aparılır və yeni istiqamətlər planlaşdırılır. Bu, ümumi nəqliyyat axınının daha balanslı paylanmasına imkan yaradır".
 
Ekspert deyib ki, Bakı Taksi xidməti isə artıq ayrıca termin və struktur kimi formalaşaraq şəhər nəqliyyat sistemində yeni mərhələni ifadə edir:
 
"Əvvəllər bu sahənin əsas tənzimlənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilirdi. Lisenziyaların verilməsi, fəaliyyət qaydalarının müəyyən edilməsi və ümumi nəzarət mexanizmləri məhz bu qurumun səlahiyyətində idi.
 
Yeni yanaşma isə bu sahədə daha sistemli və inteqrasiya olunmuş idarəetməni nəzərdə tutur. Beləliklə, həm ictimai nəqliyyat, həm də taksi xidməti vahid planlama prinsipləri əsasında inkişaf etdirilir. Bu isə gələcəkdə şəhər nəqliyyatında daha dayanıqlı, şəffaf və tənzimlənmiş bir sistemin formalaşmasına şərait yarada bilər".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər