İspaniyanın "Barselona" klubu və hücumçu Robert Levandovski yeni müqavilə üzrə danışıqları dayandırıblar.
Moderator.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
"Robert Levandovski və "Barselona" yeni müqavilə üzrə danışıqları tamamilə dayandırıblar. Futbolçunun yayda klubdan ayrılacağı qaçılmazdır. Əgər yeni təklif olmasa, Levandovski klubu azad agent statusunda tərk edəcək.
Hücumçuya Səudiyyə Ərəbistanı, ABŞ və İtaliya klubları maraq göstərir. Lakin onun transferi çox bahalı olacaq. İndiki mərhələdə onun klubda qalmasının ehtimalı çox azdır", - deyə Romano bildirib.
Təcrübəli futbolçu 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti iyunun sonunadək nəzərdə tutulub.
Daha əvvəl polşalı hücumçu İspaniya klubundan ayrılmaq niyyətini gizlətməyib.