Filippin prezidenti Senatdakı atışmadan danışdı - VİDEO
Dünya
86
20:00, Bu gün

Filippin prezidenti Senatdakı atışmadan danışdı - VİDEO

Filippin dövlət başçısı Ferdinand Markos (kiçik) Konqresin Senat binasında baş vermiş silahlı insidentdə hakimiyyətin iştirakını təkzib edərək, hadisənin səbəblərinin aydınlaşdırılmasını tələb edib.

Moderator.az xəbər verir ki, bu barədə ölkə rəhbəri özünün "Facebook" hesabında məlumat yayıb.

"Vətəndaşların təşvişə düşməməsi üçün bir məqamı vurğulamaq istəyirəm: bu hadisənin arxasında hökumət dayanmır. Milli Təhqiqat Bürosunun heç bir əməkdaşı, eləcə də hərbçi və ya əsgər Senat binasına girməyib. Atışmanın hansı səbəbdən başladığı və binaya kimin soxulmağa cəhd etdiyi bizə hələlik məlum deyil. Biz bu məsələni mütləq araşdıracağıq. Hazırda bütün lazımi sübutlar toplanılır", - deyə ölkə rəhbəri müraciətində vurğulayıb.

Eyni zamanda, Ferdinand Markos əlavə edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) barəsində həbs qətimkan tədbiri seçdiyi senator Ronald de la Rosanın saxlanılması üçün heç kimə əmr verilməyib.

Qeyd edək ki, sözügedən senator bundan əvvəl xalqı BCM-in qərarına əsasən onun həbsinə imkan verməməyə çağırmışdı.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər