"Real Madrid" klubunun prezidenti Florentino Peres seçkidə iştirak edəcəyini və yenidən namizəd olacağını açıqlayıb, eyni zamanda, klubu ələ keçirmək istəyənlərin olduğunu da iddia edib. Həmin şəxsin kimliyi məlum olub.
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
Florentino Peresin qeyri-adi mətbuat konfransının ən təəccüblü məqamlarından biri onun "Cənubi Amerika aksenti ilə danışan və prezidentliyə namizəd olmaq istəyən enerji sektorundakı iş adamı"ndan bəhs etməsi olub. Lakin Peres həmin şəxsə meydan oxuyub.
"Seçki keçirmək qərarına gəldim, yeni namizəd çıxacaq. Elektrik enerjisi işində çalışan və Cənubi Amerika aksenti ilə danışan bəy namizəd olsun. Meksika aksenti ilə danışan da ola bilər. Deyirlər ki, biz çox pisik, diktaturayıq. Haqqında danışdığımız bu bəy namizəd olsun, istəyən hər kəs namizəd olsun", - deyə Florentino Peres bildirib.
Qeyd edilir ki, o, 2014-cü ildə fəaliyyətə başlayan, hazırda Meksika, Çili, Panama, Kolumbiya və İspaniyada ofisləri və layihələri olan İspaniyanın "Cox Energy" günəş enerjisi şirkətinin hazırkı baş direktoru Enriki Rikuelme Vivesi nəzərdə tutur.

"Formula-E", qolf və bir çox digər idman növləri ilə maraqlanan Enriki Rikuelme Vives "Real Madrid" azarkeşidir. Onun klub seçkisində Florentino Peresə rəqib ola biləcəyi barədə xəbərlər yayılıb.