Gündəm
9508
17 Nov 2021 | 07:58

"Çıxış yoluxa0 Azərbaycan rəhbərliyi ilə rəsmi və açıq danışıqlardır...”-Paşinyana müraciət

Mütəmadi olaraq qalmaqalların mərkəzində olan erməni aktyor Ovanes Azoyan Ermənistanla sərhəddə baş verən son döyüşlərlə bağlı "Facebook"da  baş nazir Nikol Paşinyana müraciət edib.
Moderator.az xəbər verir ki, "Hraparak" nəşrinin yaydığı məlumata görə, erməni fəal yazır:
 
Hesab edirəm ki,  çıxış yolu, məsələnin yekun həlli  Azərbaycan rəhbərliyi ilə rəsmi və açıq danışıqlardır”.
 
Ardınca erməni qəzeti etiraf edir:
 
"Qeyd edək ki, gün ərzində düşmən Sünik(Qərbi Zəngəzur-S.L.) sərhəddində əməliyyat keçirib, rəsmi məlumatlara görə, 10-dan çox qurban və yaralı, eləcə də əsirimiz var".
 
Xatırladaq ki, 2021-ci ilin martında  aktyor Ovanes Azoyanın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Facebook" səhifəsindəki paylaşımına yazdığı şərh də Ermənistanı qarışdırmışdı. O, Mehriban Əliyevanın Prezident İlham Əliyevin Qarabağa son səfəri ilə bağlı etdiyi paylaşımın altında belə bir rəy yazmışdı:

“İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın”.

Məhz bu şərhdən sonra Azoyan sosial şəbəkələrdə tənqid və təhqir edilmişdi...

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər